Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?

Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?Əllərin və ayaqların tez-tez soyuq olması bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hal xüsusilə qan dövranı və maddələr mübadiləsi ilə bağlı xəstəliklər zamanı müşahidə olunur.

Həkimlərin sözlərinə görə, qan azlığı (anemiya) əllər və ayaqlarda soyuqluq hissinin ən yayğın səbəblərindən biridir. Qanda hemoglobinin azalması toxumalara oksigen daşınmasını zəiflədir və nəticədə soyuqluq yaranır.

Qalxanabənzər vəzin zəif fəaliyyəti (hipotireoz) də bədənin istilik istehsalını azaldaraq əllərin və ayaqların daim donmasına səbəb ola bilər. Bu zaman halsızlıq, çəki artımı və dəri quruluğu da müşahidə olunur.

Mütəxəssislər həmçinin qan dövranı pozğunluqları, xüsusilə damarların daralması ilə xarakterizə olunan Raynaud sindromu zamanı əllər və ayaqlarda kəskin soyuqluq və rəng dəyişikliklərinin yarandığını bildirirlər.

Bundan əlavə, şəkərli diabet, aşağı arterial təzyiq, B12 vitamini çatışmazlığı, eləcə də sinir sistemi xəstəlikləri bu problemin yaranmasına səbəb ola bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, əllər və ayaqlarda davamlı soyuqluq hissi uzun müddət davam edərsə və digər əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 720   Tarix: 18 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çiyələk bu hallarda ölümcül ola bilər - Xəbərdarlıq

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər. BİG.AZ xəbər verir ki, dietoloq və Resp

26.05.2026 450
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

10.06.2026 3050
.

Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq

Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri

31.05.2026 304
.

Ürək xəstəliklərinin qarşısını alan balıq hansıdır?

Bir çox insan siyənəyi sadəcə adi qəlyanaltı kimi qəbul edir. Halbuki faydalı xüsusiyyətlərinə görə o, hətta bahalı delikatesləri belə geridə qoyur. xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar bu əlçatan balığın unikal qida tərkibi sayəsində ürək-damar xəstəliklərinin profilaktikası üçün ə

24.05.2026 514
.

Hər gün ananas yeyənlər XƏSTƏLİK ÜZÜ GÖRMÜR: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyük dəstək olurlar. Bəs bədəndəki iltihabı qurutmağa qadir olan ananasın sirlər

21.06.2026 256
.

Tez-tez acanlar bunu oxusun

İnsanın həyatında yaşanan mühüm hadisələr və gündəlik həyatda yaşanan çətinliklər emosional aclığa səbəb ola bilər. Beləliklə, bəzən ac olan bədəniniz deyil, duyğularınızdır. Axşam.az xəbər verir ki, mütəxəssislər insanı çox yeməyə sövq edən amilləri açıqlayıblar. Bildirilib ki, emosional yemək, öhdəsində

14.06.2026 261
.

Günəbaxan toxumu, yoxsa qoz: Beyin sağlamlığı üçün hansı daha faydalıdır?

Günəbaxan tumu və qoz beyin sağlamlığına və ümumi orqanizm fəaliyyətinə faydalı olan yüksək qidalı məhsullar hesab edilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır. Məqalədə qeyd olunur ki, hər iki məhsul faydalı yağlar, xüsusilə omeqa-3 yağ turşuları, antioksidantlar

25.05.2026 508
.

İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edirlər? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qalxanabənzər vəz xəstəlikləri barədə müzakirə aparılıb. - Qalxanabənzər vəzin əsas funksiyası nədir?. - Haşimoto necə inkişaf edir?. - Yod çatışmazlığı bu vəzə necə təsir edir?. - Stres qalxanabənzər vəzə təsir edə bilər?. - Saç tökülməs

30.05.2026 281
.

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta

03.06.2026 455
.

TOP MP3