10 manata "WhatsApp" yazışmalarını izləmək olarmı?
Son günlər "Instagram" sosial şəbəkəsində fəaliyyət göstərən bəzi səhifələr istifadəçilərə "10 manat qarşılığında istənilən nömrənin WhatsApp yazışmalarını izləmək" xidməti təklif edir.
Musavat.com xəbər verir ki, həmin səhifələr ödəniş edildikdən sonra istifadəçiyə xüsusi link göndərildiyini, bu link vasitəsilə istənilən telefon nömrəsinin "WhatsApp" yazışmalarına nəzarət etməyin mümkün olduğunu iddia edirlər.
Bəzi istifadəçilər bu vədlərə inanaraq göstərilən bank kartlarına ödəniş edir və nəticə əldə etməyə çalışırlar. Lakin mütəxəssislər bildirir ki, bu cür təkliflər tamamilə saxtadır və ciddi risklər daşıyır.
Ekspertlərin sözlərinə görə, ilk növbədə "WhatsApp"ın təhlükəsizlik sistemi kənar şəxslərin yazışmaları izləməsinə imkan vermir. Belə bir "xidmət" texniki baxımdan mümkün deyil. Bu səhifələrin əsas məqsədi vətəndaşları aldatmaq, onların pul vəsaitini ələ keçirmək və eyni zamanda şəxsi məlumatlarını oğurlamaqdır.
Xəbərdarlıq edilir ki, göndərilən linklər vasitəsilə istifadəçilərin telefonuna zərərli proqramlar yüklənə, bank kartı məlumatları, sosial şəbəkə hesabları və şəxsi yazışmalar ələ keçirilə bilər. Bundan başqa, başqasının şəxsi yazışmalarını izləməyə cəhd göstərmək qanunla qadağandır və bu, cinayət məsuliyyəti yarada bilər. Belə "xidmət"lərdən istifadə edən şəxslər də hüquqi məsuliyyət daşıya bilər.
İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a açıqlamasında bildirib ki, bu cür elanlar dələduzların pul qazanmaq üçün qurduğu tələlərdir:
"Belə elanlara tez-tez rast gəlirik. Kimisi pul qarşılığında bank kredit borcunu siləcəyini, kimisi universitetdə tələbənin qeyri-məqbul qiymətini düzəldəcəyini vəd edir. Əlbəttə ki, bunların hamısı fırıldaqçıların işidir. Bankın kredit borcunu silməyi bacaran adam həmin vəsaiti elə bankdan özü götürər və bu işlə məşğul olmaz. Deməli, bütün bu vədlər yalan və saxtadır".
Ekspert qeyd edib ki, qarşı tərəfin telefonuna casus proqram yerləşdirilməsi də real deyil:
"Bu, o qədər də asan proses deyil. Yalnız o halda mümkündür ki, telefon fiziki olaraq kiminsə əlinə keçsin və ya eyni evdə yaşayan biri həmin linkə daxil olsun. Telefon sahibinin xəbəri olmadan, məsafədən və cihazla təmas qurulmadan belə məlumatları ələ keçirmək mümkün deyil".
Qeyd edək ki, son dövrlər kiberdələduzluq halları artmaqdadır. Bu tip səhifələr əsasən insanların maraq və şübhələrindən sui-istifadə edərək onları tələyə salmağa çalışır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 660 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055