Yeməyi necə hazırlamağınız sağlamlığa zərər verə bilər
İnsan sağlamlığının birbaşa olaraq nə ilə qidalandığından asılı olması artıq heç kəsi təəccübləndirmir. Lakin məlum olur ki, yeməyin məhz necə hazırlandığı da az əhəmiyyət daşımır.
Qaynarinfo-nun məlumatına görə, "Social Science & Medicine" jurnalında dərc olunan yeni araşdırma göstərib ki, yemək bişirilərkən evlərin içində yaranan tüstü ilə havanın çirklənməsi uşaqlara son dərəcə mənfi təsir göstərir və bu təsir onların yetkin yaş dövründə sağlamlığında özünü büruzə verir.
Alimlər Çində 45 yaş və daha yuxarı olan 7 mindən çox yetkin şəxsin məlumatlarını təhlil ediblər. Tədqiqat ölkənin müxtəlif regionlarını və sosial qruplarını əhatə edən milli seçməyə əsaslanıb. Mütəxəssislər uşaqlıq dövründə havanın çirklənməsinə məruz qalma ilə sonrakı yaşlarda yaddaş, düşünmə və diqqət kimi koqnitiv funksiyalar arasındakı səbəb-nəticə əlaqələrini qiymətləndirmək üçün müasir statistik metodlardan istifadə ediblər.
Nəticələr əhəmiyyətli əlaqəni üzə çıxarıb: erkən yaşlarda məişətdə bərk yanacaqdan (kömür, odun və s.) çıxan tüstünün təsirinə məruz qalan şəxslər 45 yaş və daha yuxarı dövrdə düşünmə və yaddaş göstəricilərinə görə daha zəif nəticələr göstəriblər. Bu əlaqə bədən kütlə indeksi, təhsil səviyyəsi və gəlir kimi müxtəlif amillər nəzərə alındıqdan sonra da qalmaqda davam edib ki, bu da məhz erkən mühit təsirinin beyin inkişafında mühüm rol oynadığını göstərir.
Ətraflı təhlil kişilərin bu cür mənfi amillərə qadınlara nisbətən daha həssas olduğunu üzə çıxarıb. Bundan əlavə, siqaret çəkmə və alkoqol qəbulu kimi yetkin yaşdakı zərərli vərdişlər də vəziyyəti daha da ağırlaşdırır.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, bu nəticələr qlobal miqyasda səhiyyə üçün mühüm əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkəsində, xüsusilə kənd yerlərində və aşağı gəlirli ailələr arasında yeməyin hələ də bərk yanacaq növləri ilə hazırlandığı ev təsərrüfatlarının payı yüksək olaraq qalır. Bu isə uşaqların yanma məhsulları ilə daimi təmasına səbəb olur; həmin zərərli maddələr ağciyərlərə və qana daxil olaraq onilliklər boyu beynin fəaliyyətinə təsir göstərə bilər.
Alimlər ənənəvi yanacaq növləri əvəzinə elektrik və ya qaz kimi təmiz enerji mənbələrinə çıxışın genişləndirilməsini tövsiyə edirlər. Bu addım təkcə tənəffüs və ürək-damar xəstəliklərinin qarşısının alınmasında deyil, həm də yaşlı dövrdə koqnitiv pozuntular riskinin azaldılmasında mühüm rol oynaya bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1308 Tarix: 19 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 569 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 923 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 304 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654