Qriplə qarışdırılan səssiz təhlükə: Adenovirus nədir?

Qriplə qarışdırılan səssiz təhlükə: Adenovirus nədir?Avropada və dünyanın bir çox yerində təsirini artıran mövsümi qrip bir çox insanda həftələrlə davam edən şikayətlərə səbəb olur. Lakin mütəxəssislərin fikrincə, sahədə diqqət çəkən yeganə virus bu deyil. Qriplə tez-tez qarışdırılan, Böyük Britaniyada yayılma sürətini artıran və ölkəmizdə də dövri olaraq müşahidə edilən başqa bir virus da səssiz şəkildə dövriyyədədir: Adenovirus. Bəs bu virus nə dərəcədə yayılıb, kimlər üçün risk yaradır və hansı əlamətlərlə özünü göstərir?

Qaynarinfo xəbər verir ki, dekabr ayından etibarən qrip virusunun mutasiyaya uğramış variantlarından olan H3N2 geniş şəkildə görülməyə başlayıb. Xüsusilə sosial mediada "bir cür keçmir" tipli paylaşımlar bu variantın daha uzunmüddətli simptomlarla müşayiət olunduğuna işarə edir.

Qriplə yanaşı, RSV və COVID-19 da tənəffüs yolu infeksiyalarının yükünü artıran digər amillər sırasında yer alır. Lakin bu mənzərəyə əlavə olaraq hazırda Böyük Britaniyada güclü şəkildə yayılma sürətini artıran, ölkəmizdə isə dövri piklər göstərən başqa bir virus da mövcuddur: Adenovirus.

Daim mutasiyaya uğrayaraq təkamül keçirir

Son dərəcə geniş yayılmış olan adenovirusla bağlı Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) bildirir ki, demək olar, hər kəs 10 yaşına qədər bu virusa ən azı bir dəfə yoluxur. "Daily Mail" nəşrində yer alan məlumata görə, daim mutasiyaya uğrayaraq təkamül keçirən adenovirus bu xüsusiyyəti səbəbilə insanın həyatı boyunca bir neçə dəfə infeksiyaya yol aça bilir.

Qripdən fərqli olaraq adenovirus soyuq aylarda zirvəyə çatan aydın mövsümilik göstərmir və ilboyu yoluxa bilir. Böyük Britaniyanın Səhiyyə və Sosial Xidmətlər Agentliyinin (UKHSA) ötən həftə açıqladığı məlumatlara əsasən, adenovirus hazırda ölkədə geniş şəkildə dövriyyədədir.

Bəs bu virus necə yoluxur və hazırda mövcud olan digər viruslarla eyni vaxtda görülə bilərmi? "Hürriyet" mövzunu mütəxəssislərlə birlikdə araşdırıb.

"Yanvar ayı etibarilə intensiv şəkildə davam edir"

Daxili xəstəliklər üzrə mütəxəssis doktor Sedat İrmak və uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis doktor Pınar Karadeniz son dövrlərdə geniş yayılmış, mutasiyaya uğramış H3N2 qrip virusunun mövcud vəziyyəti ilə bağlı danışıb.

Doktor Sedat İrmak bildirib ki, bu mövsüm H3N2 virusu dekabr ayından etibarən intensiv şəkildə müşahidə olunur:

"Yanvar ayı etibarilə də bu intensivlik davam edir. Hazırda yüksək hərarət, geniş yayılmış bədən ağrıları olan şəxslərin böyük əksəriyyətinin H3N2 ilə yoluxduğunu demək olar".

Xəstəliyə bağlı şikayətlərin ilk 72 saatda daha kəskin yaşandığını deyən doktor Sedat İrmak qeyd edib ki, adətən 5-7 gün ərzində sağalma müşahidə olunur. Bəzi hallarda isə virus infeksiyalarından sonra burun axıntısı, boğaz arxası axıntısı və ya quru öskürəyin keçməsi 4-8 həftə çəkə bilər.

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis doktor Pınar Karadeniz sosial mediada tez-tez səsləndirilən "keçmir" fikrinin adətən iki səbəbi olduğunu bildirib. Onun sözlərinə görə, birinci səbəb uşaqların və böyüklərin qısa müddət ərzində ard-arda müxtəlif tənəffüs yolu virusları ilə yoluxmasıdır. İkinci səbəb isə qripdən sonra ortaya çıxa bilən post-viral öskürək və yuxarı tənəffüs yollarının həssaslığıdır. Hərarət və ümumi vəziyyət düzəlsə də, öskürək və halsızlıq 2-3 həftəyə qədər uzana bilər ki, bu da xəstəliyin çox uzun sürdüyü təəssüratını yaradır.

Müşahidələrlə bağlı danışan doktor Pınar Karadeniz bildirib ki, adenovirus hazırda kütləvi epidemiya dalğası şəklində deyil, daha çox sporadik və aşağı intensivlikli hallar şəklində görülür. Onun sözlərinə görə, ümumi tənəffüs yolu infeksiyaları içərisində adenovirusun payı hələlik məhduddur.

Doktor Sedat İrmak isə adenovirusun daha çox qış aylarında və erkən yaz dövründə yayıldığını, lakin ilin istənilən vaxtında da epidemiya yarada biləcəyini bildirib. Onun fikrincə, yaxın aylarda adenovirus infeksiyalarında artım ehtimalı kifayət qədər yüksəkdir. Doktor Pınar Karadəniz də qarşıdakı həftələrdə yoluxma saylarında dalğalanmaların mümkün olduğunu vurğulayıb.

Təkcə uşaqlarda görülmür

Adenovirusun bütün yaş qruplarında rast gəlinə bildiyini bildirən Pınar Karadeniz xüsusilə 0-5 yaş arası, bağça və məktəbəqədər dövrdə olan uşaqlarda daha tez-tez görüldüyünü qeyd edib. Yaxın təmas və əl-ağız təmasının çox olması bu yaş qrupunda yoluxmanı asanlaşdırır. Böyüklərdə isə xəstəlik adətən daha yüngül keçir və çox vaxt sadə soyuqdəymə kimi başa çatır. İmmunitet sistemi zəif olan şəxslər isə ən yüksək risk qrupuna daxildir və bu şəxslərdə alt tənəffüs yollarının tutulması və xəstəxanaya yatış tələb edən ağırlaşmalar daha tez-tez müşahidə olunur.

Tez yoluxur, səthlərdə uzun müddət qalır

Sedat İrmak adenovirusun məktəblər və hərbi hissələr kimi kollektiv yaşayış yerlərində sürətlə yayıla bildiyini vurğulayıb. Onun sözlərinə görə, virus damcı yolu ilə yoluxur və səthlərdə uzun müddət canlı qala bilir. Bu səbəbdən əl gigiyenasına riayət etmək, məkanları yaxşı havalandırmaq və təmiz saxlamaq yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır.

Əksər hallarda qriplə qarışdırılır - bu əlamətlərə diqqət

Mütəxəssis bildirib ki, adenovirus infeksiyası klinik baxımdan qriplə çox oxşardır. Hər iki halda yüksək hərarət və boğaz ağrısı müşahidə olunur. Qripdə bədən ağrıları daha şiddətli olur. Adenovirusda isə fərqli olaraq tez-tez konyunktivit, yəni gözlərin qızarması görülür. Bundan əlavə, ishal kimi həzm sistemi əlamətləri də klinik mənzərəyə qoşula bilər.

Digər qış virusları ilə eyni vaxtda görülə bilərmi?

Pınar Karadeniz adenovirusun digər qış virusları ilə eyni vaxtda görülə bildiyini təsdiqləyib. Xüsusilə uşaqlarda aparılan tənəffüs yolu testlərində qrip və ya Covid-19 ilə yanaşı adenovirusun da aşkarlandığını bildirib. Birgə infeksiya hər zaman ağır gediş demək olmasa da, hərarətin daha uzun çəkməsi, öskürəyin inadkar olması və tənəffüs yolu əlamətlərinin daha qabarıq görünməsi mümkündür. İmmuniteti zəif şəxslərdə isə bu hallar daha yaxından izlənməlidir.

Adenovirus üçün spesifik antiviral müalicə varmı?

Pınar Karadenizin sözlərinə görə, adenovirus üçün əksər uşaqlar və böyüklər üçün təsdiqlənmiş spesifik antiviral müalicə mövcud deyil. Müalicənin əsasını dəstəkləyici yanaşma təşkil edir: kifayət qədər maye qəbulu, hərarətin nəzarətdə saxlanılması, istirahət və mümkün ağırlaşmaların izlənməsi. Əlamətlər adətən bir neçə gün və ya həftə ərzində geriləyir. Lakin virusun nəcis və tənəffüs ifrazatlarında daha uzun müddət xaric oluna bilməsi səbəbilə, uşaq özünü yaxşı hiss etsə belə, bir müddət yoluxdurucu ola biləcəyi nəzərə alınmalıdır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1504   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

08.11.2026 569
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 923
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15.11.2026 304
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 791
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 664
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.