Mexaniklərdən MƏSLƏHƏT: Bu 5 məşhur avtomobili almayın - SƏBƏB

Mexaniklərdən MƏSLƏHƏT: Bu 5 məşhur avtomobili almayın - SƏBƏBEkspertlər bu avtomobillərin bir çox problemi olduğunu bildiriblər.

Bəzi avtomobillər çox diqqət çəkir və bestseller olur. Lakin, bu cür modellərin hamısını almağa dəyməz.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ekapertlər almağı tövsiyə etmədikləri beş çox məşhur avtomobilin adını çəkiblər. Onların sözlərinə görə, bu modellərin qiyməti çox bahadır.

Hansı məşhur avtomobillərdən çəkinməyə dəyər?

Jeep Wrangler

AutoInsurance.org avtomobil mütəxəssisi Melani Musson jurnalistlərlə söhbətində "Jeep Wrangler"in ikonik statusunu etiraf edib. Bununla belə, o, avtomobilin bir çox problemi olduğunu qeyd edib.

Musson qeyd edib ki, "Jeep Wrangler"in transmissiyası tez-tez sıradan çıxır. O, həmçinin Jeep avtomobillərinin elektron problemlərdən əziyyət çəkdiyini vurğulayıb.

JustAnswer avtomobil mütəxəssisi və mexaniki Kris Payl əlavə edib ki, 2028-ci ildə satışa çıxarılması planlaşdırılan "Jeep Wrangler"in elektrik versiyası daha yaxşı olmayacaq. O bildirib ki, bu avtomobilin sahibləri yanacaq qənaəti ilə bağlı narahat deyillər. O, həmçinin qeyd edib ki, modelin elektrik versiyası yolda şəraitində daha pis nəticələr göstərə bilər ki, bu da böyük bir çatışmazlıq olardı.

Lincoln Navigator və GMC Yukon Denali

Payl hesab edir ki, böyük Lincoln Navigator və GMC Yukon Denali avtomobillərinin qiyməti həddindən artıq yüksəkdir. O, bu modellərin sürətlə dəyərdən düşdüyü barədə xəbərdarlıq edib.

Ekspert həmçinin qeyd edib ki, Lincoln Navigator və GMC Yukon Denali sahiblərinin çoxu bu nəqliyyat vasitələrini təyinatı üzrə istifadə etmir. O, qeyd edib ki, bunlar ailəvi səyahətlər üçün nəzərdə tutulmuş geniş avtomobillərdir, lakin sürücüləri onları tez-tez təkbaşına idarə edirlər.

Land Rover Range Rover

Lüks Land Rover Range Rover avtomobili şık dizaynı və premium interyeri ilə müştəriləri cəlb edir. Lakin Musson hesab edir ki, bu modelin dəyəri sürətlə azalır, bunun səbəbi qismən etibarsızlığıdır.

Ekspert əlavə edib ki, Range Rover transmissiyaları ümumiyyətlə davamlılığı ilə tanımır.

Musson həmçinin bildirib ki, bu avtomobilin asqı komponentləri tez-tez sıradan çıxır. O, bunun narahat sürücülüyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Ford F-150 Lightning

Mussonun sözlərinə görə, tamamilə elektrikli pikap ideyası reallıqdan daha cəlbedicidir. O qeyd edib ki, Ford F-150 Lightning benzin və dizel versiyalarından daha pis işləyir.

"Lightning kifayət qədər gücə malikdir və idarə etmək əyləncəli ola bilər, lakin onun tez-tez rast gəlinən problemləri sizi dəli edəcək. Elektrik problemləri sistemin tam sıradan çıxmasından tutmuş arxa qapının nasazlığına qədər dəyişə bilər. Asqı ağır istifadəyə davam gətirəcək qədər möhkəm deyil və sıradan çıxmağa meyllidir", - ekspert əlavə edib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1164   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.