Günün bu saatlarında daha çox insult baş verir

Günün bu saatlarında daha çox insult baş verirİspaniyanın Karl III Milli Tədqiqat Mərkəzinin (CNIC) alimləri müəyyən ediblər ki, işemik insultun ağırlığı onun baş verdiyi günün vaxtından asılıdır.

Araşdırmalara görə, axşam və gecə saatlarında baş verən insultlar zamanı beyinin zədələnməsi, adətən, daha güclü olur.

BAKU.WS-in "Circulation Research" jurnalına istinadla verdiyi xəbərə görə, bu prosesdə əsas rol neytrofillərin - anadangəlmə immunitetin ən çoxsaylı hüceyrələrinin - sutkalıq ritmlə tənzimlənməsidir. Məhz bu hüceyrələr insult zamanı ilk reaksiya verənlərdir. Siçanlar üzərində aparılan təcrübələr və 500-dən çox pasiyentin klinik məlumatlarının təhlili göstərib ki, sutkalıq dövrün müəyyən fazalarında neytrofillər daha aqressiv, iltihab yaradan vəziyyətə keçir.

Axşam və gecə saatlarında bu hüceyrələr daha fəal şəkildə hüceyrədənkənar tələlər - DNT və zülallardan ibarət hörümçək toruna bənzər strukturlar - ifraz edir. Normal halda bu strukturlar orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin insult zamanı onların artıqlığı beyində mikrosirkulyasiyanı pozur, mikrotrombların yaranmasına səbəb olur, əlavə qan dövranını azaldır və toxuma zədələnməsini gücləndirir.

Əksinə, səhər saatlarında neytrofillər daha sakit davranır, bu isə insult zamanı zədələnmə zonasının daha kiçik olmasına kömək edir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu məlumatlar izah edir ki, niyə eyni simptomlara malik xəstələrdə insultun nəticələri tamamilə fərqli ola bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 968   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəkər xəstələrinə balqabaq yemək olar?

Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır. Ölkə.az xəbər verir ki, bu barədə -ya rusialı həkim-endokrinoloq Nataliya Tananakina bildirib. Mütəxəssi

07.05.2026 302
.

Hər gün niyə çay içməliyik? - Diyetoloqlar 5 səbəb açıqladı

Hər gün içilən bir fincan çay yalnız sakitləşdirici bir ritualla məhdudlaşmır, həm də bədəni nəmləndirməklə yanaşı, sağlamlığa daha geniş təsir göstərə bilər. Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar çayın gündəlik istifadəsinin sağlamlığa 5 əsas faydasını açıqlayıb

27.04.2026 444
.

Hər gün ağ çörək yesəniz, bədəninizə nə baş verər?

Əgər siz hər gün ağ çörək yemək istəyi hiss edirsinizsə, bu vərdişin sağlamlığa təsiri ilə maraqlana bilərsiniz. Qaynarinfo xəbər verir ki, bu barədə "Real Simple" yazır. Nəşr qeyd edir ki, bir çox insan onun zərərli olduğu barədə fikirlərə baxmayaraq hər gün ağ çörək istehlak edir. Digər bi

20.04.2026 663
.

Amputasiya riskinin olmaması üçün şəkər xəstəsi nəyə diqqət etməlidir? - VİDEO

Baku TV kanalında "Baku Med" verilişinin budəfəki buraxılışında şəkərli diabet xəstəliyindən danışılıb. Diabet xəstələrində ayaq yaraları niyə yaranır? Ayaq yaralarının ilkin əlaməti nədir? Xəstə əlamətləri hiss edəndə nə etməlidir? Amputasiya riski hansı hallarda artır?. Ümumi cərrah Gülşə

17:40 121
.

Gözlərimizin zəifləməməsi üçün nə etməli? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında göz sağlamlığından danışılıb. Gözlərdəki hansı əlamətlər xəstəlik xəbərçisidir?. Zəif görmənin başlıca səbəbləri nələrdir?. Hansı görmə zəifliyi növləri təhlükəlidir?. Yaşla əlaqəli görmə zəifliyinin qarşısı necə alınır?. Göz təzyiqini

25.04.2026 294
.

Pişiklər xərçəngin müalicəsinə kömək edə bilər

Onkoloji sahədə aparılan araşdırmalar pişiklərin xərçəngin öyrənilməsində mühüm rol oynaya biləcəyini göstərir. Bildirilir ki, pişiklərdə olan bəzi viruslar insanlarda qaraciyər xərçənginə səbəb olan viruslara bənzəyir. Bu xüsusiyyət alimlərə xəstəliyin mexanizmini daha yaxşı anlamağa və yeni müalic

22.04.2026 637
.

Qulançar mövsümündən düzgün faydalanmağın sirri

Yaz aylarının sevilən tərəvəzlərindən biri olan qulançar (asparagus) yalnız dadı ilə deyil, həm də zəngin qida dəyəri ilə diqqət çəkir. Mövsümündə istifadə edilən qulançar həm daha faydalı, həm də daha ləzzətli olur. BİG.AZ xəbər verir ki, bu yaşıl bitkinin sağlamlıq üçün bir çox faydası var. Vitami

21.04.2026 631
.

Yumurta min bir dərdin dərmanıdır -ARAŞDIRMA

Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır. xəbər verir ki, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, "yaxşı xolesterin" (HDL) səviyyəsin

19.04.2026 731
.

Qaraciyər transplantasiyasında inqilabi addım: Xəstələr dərmansız yaşaya biləcəklər

ABŞ həkimləri donor qaraciyərinin köçürülməsi üzrə yeni strategiyanın ilk iki klinik sınaq mərhələsini uğurla başa çatdırıblar. Bu üsul orqan resipiyentinə rədd edilmə reaksiyasından və immuniteti yatıran preparatların qəbulundan imtina etməyə imkan verir. xəbər verir ki, bu barədə Pitsburq Universitetini

19.04.2026 321
.

TOP MP3