Reklam xaosu: Azərbaycan dili niyə qorunmur?
"Reklam qanunvericiliyində əcnəbi və milli dildə sözlərin yazılışı ilə bağlı konkret maddələr mövcuddur. Reklam agentlikləri bu tələblərdən xəbərdar olsalar da, əksər hallarda onlara əməl etmirlər. Reklam lövhələrində, bilbordlarda və televiziya efirlərində Azərbaycan dili normalarının kobud şəkildə pozulduğunun şahidi oluruq".
Bunu BiG.AZ-a açıqlamasında professor Nadir Məmmədli bildirib.
O, qeyd edib ki, bu barədə dəfələrlə danışılıb, yazılıb, etirazlar səsləndirilib. Lakin görünən odur ki, bütün bu çağırışların real nəticəsi yoxdur. Artıq etiraz etməkdən, irad bildirməkdən biz də yorulmuşuq. Təəssüf ki, dil normalarının pozulmasına görə məsuliyyət daşıyan qurumların müdaxilə etmək üçün yetərli səlahiyyəti yoxdur. Yalnız tənqid və tövsiyə verməklə kifayətlənirik:
"Bu məsələyə köklü və sistemli yanaşma tələb olunur. Reklam agentliklərində başıpozuqluq və məsuliyyətsizlik həddindən artıq artıb. Bir çoxları düşünür ki, reklam şəhərin bəzəyidir. Xeyr, bu yanaşma yanlışdır. Reklam təkcə vizual element deyil, eyni zamanda mədəniyyət göstəricisidir.
Xarici turistlər ölkəmizə gəldikdə reklamların böyük hissəsinin ingilis dilində olduğunu görürlər. Azərbaycan dilinə münasibət isə ikinci plana keçirilir. Hətta bəzən adi "saray" sözünün "palas" kimi yazılması kimi gülünc və düşündürücü hallarla qarşılaşırıq. Belə vəziyyətdə nə demək olar?
Acınacaqlı məqam odur ki, bu sahəyə müdaxilə etmək üçün real mexanizmlər mövcud deyil. Biz yalnız tənqid edə, tövsiyə verə bilirik.
Yaxın qonşu Türkmənistan nümunəsi göstərir ki, hətta qapalı ölkə modelində belə reklamlar dilçilik institutunun razılığı olmadan yayımlanmır.
Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan dili yad və yanlış kəlmələrdən qorunmalıdır. Bu çağırışlar isə yalnız söz olaraq qalmalı deyil, real nəzarət mexanizmləri ilə dəstəklənməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 815 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar
11:18 157 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 152 Zəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
13:02 199 Bakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
11:50 214 Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
13:07 192 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
15:48 74 Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. BİG.AZ xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həla
09:58 142 Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 140 Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 158