İsrailin "sülh şərtləri": Tehran üçün qəbulolunmaz ultimatum?
"İsrail İranla bağlı "sülh şərtləri"ni açıqlayıb. Rəsmi mövqeyə əsasən, Tehran aşağıdakı tələbləri yerinə yetirməlidir: uranın zənginləşdirilməsi proqramını tamamilə dayandırmaq, sentrifuqaları sökmək və zənginləşdirməni 0 faizə endirmək; indiyədək zənginləşdirilmiş bütün uran ehtiyatlarını (təxminən 400 kiloqram) təhvil vermək; uzaqmənzilli ballistik raket proqramını tamamilə ləğv etmək; regiondakı proksi qüvvələrə - "Hizbullah", HƏMAS, husilər və digər qruplaşmalara verilən dəstəyi dayandırmaq".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, İsrailin İranla bağlı irəli sürdüyü bu "sülh şərtləri" ilk baxışdan sərt və maksimalist təsir bağışlasa da, mahiyyət etibarilə yeni deyil. Təl-Əviv uzun illərdir Tehranın nüvə proqramının tam dayandırılmasını, ballistik raket potensialının məhdudlaşdırılmasını və regional proksi şəbəkəsindən imtina etməsini əsas təhlükəsizlik şərti kimi gündəmə gətirir. Bu baxımdan, son açıqlama İsrailin mövqeyində fundamental dəyişiklikdən çox, mövcud xəttin açıq və daha sərt formada ifadəsidir:
"İranın bu tələblərlə razılaşması isə real görünmür. Çünki nüvə proqramı, raket imkanları və regiondakı təsir dairəsi Tehranın yalnız hərbi deyil, eyni zamanda siyasi-strateji dayaqlarıdır. Bu alətlərdən imtina etmək İran üçün regional güc statusundan könüllü şəkildə geri çəkilmək anlamına gəlir. Xüsusilə uranın zənginləşdirilməsinin tam sıfırlanması və mövcud ehtiyatların təhvil verilməsi ölkə rəhbərliyi üçün daxili siyasi baxımdan ciddi risklər yarada bilər.
Bununla yanaşı, bu tələblərin məhz indiki mərhələdə gündəmə gətirilməsi diqqət çəkir. ABŞ-ın İrana mümkün hərbi müdaxilə ehtimallarının artdığı, regionda hərbi hazırlıqların intensivləşdiyi bir dövrdə İsrailin mövqeyini açıq şəkildə bəyan etməsi təsadüfi deyil. Bu, eyni zamanda Tehrana yönəlmiş açıq mesaj kimi qiymətləndirilə bilər.
Hazırkı mərhələdə ABŞ və İsrailin İranı birbaşa genişmiqyaslı müharibəyə sürükləməkdən daha çox, məhdud hərbi zərbələr və güc nümayişi vasitəsilə danışıqlarda üstün mövqe əldə etməyə çalışması ən real ssenari hesab olunur. Mümkün aviasiya və ya raket zərbələri Tehranın mövqeyini yumşaltmaq və onu masa arxasında güzəştlərə məcbur etmək məqsədi daşıya bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 793 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar
11:18 157 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 152 Zəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
13:02 199 Bakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
11:50 214 Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
13:07 192 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
15:48 74 Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. BİG.AZ xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həla
09:58 142 Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 140 Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 158