Strateji intihar: ABŞ-ın Qrenlandiyanı işğal etməsi nə ilə nəticələnər?
"ABŞ-ın Qrenlandiyanı işğal etməsi qlobal təhlükəsizlik baxımından ən ekstremal və riskli ssenarilərdən biri hesab olunur. Bu addımın birbaşa "III Dünya müharibəsi"ni başladacağı iddiası şişirdilmiş sayılsa da, belə bir müdaxilənin NATO-nun əsaslarını sarsıdacağı və transatlantik təhlükəsizlik sistemini iflic edəcəyi şübhəsizdir".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, Qrenlandiya Danimarka Krallığının avtonom ərazisidir və Danimarka NATO-nun qurucu üzvlərindən biridir. ABŞ-ın buraya hərbi müdaxiləsi alyansın 5-ci maddəsini işə sala və NATO tarixində ilk dəfə üzv dövlətlər arasında açıq qarşıdurmaya səbəb ola bilər. Bu isə alyansın parçalanması və ya faktiki olaraq funksiyasını itirməsi ilə nəticələnə bilər:
"Hərbi baxımdan ABŞ üçün Qrenlandiyanı ələ keçirmək çətin olmasa da, əsas problem siyasi və strateji nəticələrdir. Belə bir addım beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirilər və ABŞ-ı aqressor mövqeyinə gətirər. Bu vəziyyət Rusiya və Çin üçün Qərb alyansının zəifləməsindən istifadə etmək imkanı yaradar.
Klassik mənada qlobal nüvə müharibəsi ehtimalı aşağıdır. Lakin Qrenlandiyanın işğalı NATO-nun dağılması, ABŞ-la Avropa arasında açıq siyasi qarşıdurma, sanksiyalar və regional gərginliklər zəncirinə yol aça bilər. Bu proses "soyuq müharibədən sonrakı" beynəlxalq düzənin sonunu gətirə və yeni qlobal qarşıdurma mərhələsinin başlanğıcı ola bilər.
Nəticə olaraq, ABŞ-ın Qrenlandiyanı işğal etməsi avtomatik olaraq "III Dünya müharibəsi" demək olmasa da, Qərb blokunun parçalanması və qlobal sabitliyin ciddi şəkildə pozulması ilə nəticələnə biləcək təhlükəli ssenaridir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 848 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
13:07 192 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal
09:53 148 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 136 "Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
15:52 56 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
15:19 127 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 161 "Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"
"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca
12:35 147 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
15:42 90 Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 183