Azərbaycanda nə qədər evi olmayan şəxs var?
Son illər böyük şəhərlərdə, xüsusən də, Bakıda daşınmaz əmlakların qiymətində kəskin artımlar müşahidə olunur. Qiymət artımı bəzi ərazilərdə təbii formada ortaya çıxsa da, digər ərazilərdə bu artımlar süni formada baş verir. Bunun nəticəsidir ki, artıq Azərbaycanda çox sayda evi olmayan insan var.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi evsizlərin sayını ayrıca qeyd etmir və bu kateqoriya hesabatlara daxil deyil.
Amma fərqli mənbələrdə müxtəlif rəqəmlər var, amma bunlar rəsmi deyil. Hüquq müdafiəçiləri və ekspertlər hesab edir ki, ölkədə təxminən 30 000-50 000-dək evsiz şəxs var. Bəzi mənbələrdə isə bu rəqəmin ən azı 50 000 ətrafında olduğu deyilir.
Bəs, müstəqil ekspertlər bununla bağlı təhlil aparırmı? Təxminən, Azərbaycanda təxminən nə qədər evi olmayan şəxs var?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, bu gün ölkəmizdə minimal əməkhaqqı 400 manat, orta əməkhaqqı isə təqribən 900 manatdır. Amma mənzillərin nəinki satış, hətta kirayə qiymətlərinə baxsaq, bu gün Bakı şəhərində birotaqlı mənzillərin kirayə qiymətləri 400 manatdan bahadır:
"Mənzillərin satış və kirayə qiymətlərinin artması, kreditli şərtlərlə belə ilkin və aylıq ödənişlərin kəskin baha olması ev almağı çətinləşdirir. Əvvəlki illərdə əmlak alıcılarının sayı kifayət qədər çox idi. Bu insanların bir qismi, xüsusən də, Rusiyada yaşayan azərbaycanlılar idi. Lakin son illər müharibə səbəbindən artıq Rusiyadan əmlak almaq üçün gələnlərin sayında azalmalar müşahidə olunur".
Ekspertin sözlərinə görə, son 4-5 il ərzində çıxarışlı əmlakların böyük bir hissəsi müxtəlif növ kreditli şərtlərlə satılır. Çünki artıq çox insanın mənzil almaq üçün toplu pul qalmayıb. Bu gün Bakı və Abşeron ərazisində 500 minə yaxın fərdi yaşayış evi çıxarışsız olduğu üçün satış qiymətləri hədsiz ucuzdur. Bu evlərə təqribən 20-25 min manatdan başlayan qiymətlər təklif olunur:
"Aztəminatlı insanlar məcburi olaraq çıxarışsız əmlaklara üstünlük verir. Son statistikaya əsasən, Bakıda əvvəlki qədər tikinti işləri aparılmır. Keçmiş illərdə alıcı çox olduğu üçün paytaxtın əksər ərazilərində çoxmənzilli yaşayış binası inşa olunurdu. Ancaq 2025-ci ilin avqust ayından başlayaraq əmlak bazarında ciddi durğunluq hökm sürür. Bu halda süni formada artan qiymətlərin stabilləşməsi də müşahidə olunur".
Ekspert qeyd edir ki, əmlak bazarında baş verən durğunluq davam edərsə, bu vəziyyət qiymətlərin enməsi ilə nəticələnə bilər. Bir çox dövlət layihələrində mənzillərin qiyməti kəskin ucuzdur. Gələcəkdə bu cür ucuz qiymətə mənzillər satışa çıxarılsa, evsiz insanların ev problemi də aradan qaldırılar. Həmçinin, çıxarışsız evlərin qiymətləri də çox aşağıdır. Əgər bu evlər də çıxarışla təmin olunarsa, evə ehtiyacı olan aztəminatlı ailələr istər nağd, istərsə də kreditlə rahat şəkildə mənzil əldə edə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 816 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 138 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
15:00 94 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
15:19 60 "Müəllimlərin işi azalmayıb, əksinə artıb"
"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl
12:30 136 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 286 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 213 Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi
Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər
10:51 158 B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı
ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç
10:35 147 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 146