Avropa və ABŞ: Rusiya atəşkəsi pozarsa koordinasiyalı hərbi cavab planlaşdırılır

Avropa və ABŞ: Rusiya atəşkəsi pozarsa koordinasiyalı hərbi cavab planlaşdırılırUkrayna, Avropa və ABŞ rəsmiləri arasında müzakirə olunan təklifə əsasən, Kiyev Qərb müttəfiqləri ilə razılaşıb ki, Rusiyanın gələcək hər hansı atəşkəsi təkrar pozması ABŞ və Avropa tərəfindən koordinasiyalı hərbi cavabla nəticələnəcək. Mənbələr Financial Times-a bildiriblər ki, bu planla hərəkət etmək nəzərdə tutulur.

BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Rusiya atəşkəsi pozarsa, 24 saat ərzində cavab veriləcək, ilkin olaraq "diplomatik xəbərdarlıq" və Ukrayna ordusunun pozuntunu dayandırmaq üçün müdaxiləsi həyata keçiriləcək. Planın ikinci mərhələsində isə "istəkli koalisiya" qüvvələri, yəni Ukraynanın 20-dən çox müttəfiqi ölkəsi tərəfindən təmin olunan təhlükəsizlik zəmanətləri əsasında hərbi müdaxilə nəzərdə tutulur.

Əgər atəşkəs pozuntusu daha genişmiqyaslı hücuma çevrilərsə, ilk pozuntudan üç gün sonra ABŞ-ın da daxil olduğu koordinasiyalı hərbi cavab qüvvəyə minəcək.

ABŞ, Avropa və Ukrayna rəsmiləri bu təklifləri dekabr və yanvar aylarında bir neçə dəfə müzakirə ediblər.

Britaniyanın Baş naziri Keir Starmer, "istəkli koalisiya" təşəbbüsünün önündə duran lider kimi, yanvar ayında Parisdə keçirilən danışıqlardan sonra bildirib ki, Böyük Britaniya və Fransa Rusiyaya sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya hərbi dəstək göndərəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski isə qeyd edib ki, Rusiya, Ukrayna və ABŞ rəsmiləri arasında müharibəni dayandırmaq üçün ABŞ tərəfindən hazırlanmış plan üzrə ikinci raund danışıqlar çərşənbə günü başlayacaq.

Dörd ildən artıq davam edən Rusiya işğalına baxmayaraq, Ukraynanın şəhər və qəsəbələrinə hücumlar dayandırılmayıb. Rusiya qüvvələri bu gün səhər saatlarında Kiyev, Xarkov və digər regionlara zərbələr endirib, nəticədə yanğınlar baş verib və enerji infrastrukturu zədələnib. Hücumlarda ən azı dörd nəfər yaralanıb.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda

10:17 138
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 94
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

15:19 60
.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 136
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

04.10.2026 286
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 213
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 158
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 147
.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 146
.