"Mayomed" klinikasında Nihad Aslanov "kosmetoloq" idi indi isə "stomatoloq" kimi fəaliyyət göstərir?

"Mayomed" klinikasında Nihad Aslanov "kosmetoloq" idi indi isə "stomatoloq" kimi fəaliyyət göstərir?"MayoMed" klinikasında qanunsuz tibbi fəaliyyət iddiası: Nihad Aslanov yenidən pasiyent qəbul edir?

"Mayomed" klinikasında Nihad Aslanov "kosmetoloq" idi indi isə "stomatoloq" kimi fəaliyyət göstərir?Bir müddət əvvəl "MayoMed" klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanovun əslində tibb sahəsi üzrə heç bir ali təhsilinin olmadığı üzə çıxdı.

XALQ xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan vətəndaş müraciəti araşdırılarkən, qeyd olunub ki, Nihad Aslanov uzun müddət klinikada plastik cərrah kimi fəaliyyət göstərib və pasiyentlər qəbul edib.

Ötən il Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən "MayoMed" klinikasında yoxlama aparılıb. Yoxlama zamanı Nihad Aslanovun tibb təhsili olmadığı müəyyən edilib və onun fəaliyyətinə son verildiyi iddia olunub. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyətə icazə verilmiş həkimlərin rəsmi siyahısında Nihad Aslanovun adı yoxdur.

"2023-cü ildə ‘MayoMed’ klinikasında planlı yoxlama aparılıb, klinika inzibati məsuliyyətə cəlb edilib və həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həmin şəxslə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı yeni müraciət daxil olmayıb". Klinika inzibati qaydada məsuliyyətə cəlb edilib. Klinika tərəfindən Nihad Aslanovun artıq müəssisədə çalışmadığı barədə rəsmi məlumat təqdim edilib.

Ekspertiza Mərkəzindən həmçinin bildirib ki, yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bu açıqlamalara baxmayaraq, daxil olan yeni məlumatlar vəziyyətin fərqli olduğunu göstərir. İddialara görə, Nihad Aslanov bütün cərimələrə, xəbərdarlıqlara və klinikanın inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən "MayoMed" klinikasında fəaliyyət göstərir.

"Mayomed" klinikasında Nihad Aslanov "kosmetoloq" idi indi isə "stomatoloq" kimi fəaliyyət göstərir?Buna sübut kimi, disput.az sosial platformasında paylaşılan materiallarda onun hələ də "MayoMed" klinikası ilə əlaqəsinin olduğu görünür.

"Mayomed" klinikasında Nihad Aslanov "kosmetoloq" idi indi isə "stomatoloq" kimi fəaliyyət göstərir?Əməkdaşımız ilə telefon danışığında Nihad Aslanov əvvəlcə klinikada çalışdığını etiraf edib, daha sonra isə bu fikirdən yayınmağa çalışıb. Nəhayət, pasiyentlərə özünün deyil, adını açıqlamaq istəmədiyi başqa bir şəxsin "həkimin" baxdığını bildirib.

Daha ciddi məqam isə ondan ibarətdir ki, iddialara əsasən Nihad Aslanov bu dəfə "stomatoloq" kimi fəaliyyət göstərdiyi iddia olunur. Məlumatalara görə sosial platformalarda "Smilleroom" adı ilə iddia olunur ki, paylaşımlar edilir.

Əgər bu məlumat təsdiqlənərsə, kosmetoloji fəaliyyətdən sonra stomatoloji xidmət göstərməsi daha ağır qanun pozuntusu hesab olunur və ayrıca araşdırma tələb edir.

Həmçinin Nihad Aslanov açıqlamasında qeyd edir ki, bu prosedur tibbi fəaliyyətə aid deyil. Tibb müəsssində tibbi prosedur göstərilməyən fəaliyyətə icazə var və heç bir pozuntu olmayıb deyə qeyd edib.

Ortaya çıxan faktlar onu göstərir ki, dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, qanunsuz tibbi fəaliyyətin davam etməsi ehtimalı var.

Bu isə həm vətəndaşların sağlamlığı, həm də özəl tibb müəssisələrinə nəzarət mexanizmləri baxımından ciddi suallar doğurur.

Məsələ isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılması səlahiyyitəndədir.

Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda

10:17 138
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 94
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

15:19 60
.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 136
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

04.10.2026 286
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 213
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 158
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 147
.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 146
.