Trampın xüsusi elçisi İsraildə səfərdə - ABŞ və İran danışıqları İstanbulda - POLİTOLOQDAN AÇIQLAMA

Trampın xüsusi elçisi İsraildə səfərdə - ABŞ və İran danışıqları İstanbulda - POLİTOLOQDAN AÇIQLAMAABŞ-ın xüsusi elçisi Vitkoff İsraildə səfərdədir və rəsmi görüşlər keçirir. Bu səfər fonunda ABŞ və İran tərəfi arasında 6 fevral tarixində İstanbulda görüş baş tutacaq. Görüşün əsas məqsədi regional gərginliyi azaltmaq və xüsusilə Yaxın Şərqdə diplomatik dialoqu gücləndirməkdir.
Trampın xüsusi elçisi İsraildə səfərdə - ABŞ və İran danışıqları İstanbulda - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Vitkoffun İsrailə səfərinə əslində İranla aparılan danışıqların tərkib hissəsi kimi baxa bilərik. Onun sözlərinə görə, çünkü Amerika ilə İran arasında əsas gündəm İran rejiminin təslim olması və müəyyən şərtlər varki, onları qəbul etməsidir: "Bu şərtlərində bir çoxu İsrailin gündəliyinə daxil olan məsələlərdir. Yəni birincisi nüvə proqramının ləğv edilməsidir. İkincisi ballistik raketlərdən imtina edilməsi məsələsidir. Ən önəmli məsələ İranın proksi qüvvələrindən imtina etməsidir. Yəni Yaxın Şərqdə bilirik ki, Hizbullah, Yəməndə Husilər və bu kimi qüvvələr varki İsrailində əvvəldən əsas tələbi İranın bu siyasətdən imtina etməsidir. İranla aparılan danışıqlarda Amerika və İsrail eyni cəbhədən çıxış edir.

Bu baxımdan hesab edirəm ki, Amerika tərəfi İranla aparılan danışıqlar fonunda həmdə İsrailin mövqeyini öryənmək, onların tələblərini çatdırmaq, o cümlədən bir növ İsrail ilə müəyyən bir danışıqlar apararaq razılaşmalar əldə etmək və gündəliyi o formada təqdim etmək və İranın qarşısına birlikdə razılaşdırılan tələbləri irəli sürmək məqsədi daşıyır. Təbiiki mövcud vəziyyətə baxdıqda bütün tərəflər, o cümlədən region ölkələri çalışır ki, Amerika ilə İran arasında olan danışıqlarda sülh əldə olunsun. Yəni müəyyən bir razılaşma əldə olunsun və müharibə başlamasın. Amma bunun nə qədər real olacağı ehtimalı hələdə zəifdir.

Çünki Amerika tərəfinin tələbləri İran rejimi üçün kifayət qədər ağırdır. Yəni rejimin bunu qəbul etməsi 1979-cu il inqilabından sonra qurulan dini ideologiya və strategiyalarından imtina etməsi deməkdir. Çünki daha öncə Tramp bildirmişdir ki, artıq İrana yeni lider lazımdır və bu o deməkdir ki, Amerika tərəfi həmdə İranda rejimin dəyişməsinin tərəfdarıdır. Danışıqlardan nəticə əldə edilməsi ehtimalı zəifdir. Böyük ehtimalla İrana zərbələr endiriləcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda

10:17 138
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 94
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

15:19 60
.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 136
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

04.10.2026 286
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 213
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 158
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 147
.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 146
.