Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında

Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altındaSon vaxtlar Azərbaycanda elektronika mağazaları ilə bağlı vətəndaş şikayətlərinin artması diqqət çəkir. Alınan məişət texnikasının qısa müddətdə sıradan çıxması, zəmanət öhdəliklərinin yerinə yetirilməməsi və müraciətlərə formal yanaşma bu sahədə ciddi problemlərin mövcud olduğunu göstərir. Azərbaycanda zəmanətin üç növü mövcuddur: rəsmi (istehsalçı) zəmanəti, mağaza zəmanəti və servis zəmanəti. Lakin istehlakçı hüquqlarının effektiv qorunması baxımından elektronika mağazaları satdıqları məhsulları istehsalçı tərəfindən təqdim edilən rəsmi zəmanətlə satışa çıxarmalıdır. Digər zəmanət formaları istehsalçı məsuliyyətini əvəz etmir və alıcını tam şəkildə qorumur. Hazırda elektronika mağazalarının əksəriyyəti məhsullara rəsmi zəmanət təqdim etmir.

Bunun əvəzinə mağaza və ya servis zəmanəti təklif olunur. Bu isə məhsulda nasazlıq yarandıqda məsuliyyətin istehsalçıdan kənarda qalmasına və alıcının hüquqi baxımdan zəif vəziyyətdə qalmasına səbəb olur. Problemin əsas tərəflərindən biri də bazarda satılan məhsulların mənşəyi ilə bağlı qeyri-müəyyənlikdir. Bəzi qlobal brendlərin Azərbaycanda rəsmi satış nümayəndəliyi və rəsmi servis mərkəzi olmadığı halda, həmin brendlərin məhsulları elektronika mağazaları tərəfindən satışa çıxarılır, yəni məhsulun hardan gətirildiyi bəlli deyil. Space TV-nin aparıcısı Amil Xəlil Baku Electronics-dən aldığı kombinin normal işləmədiyini bir neçə dəfə mağazaya müraciət etməsinə baxmayaraq, məhəl qoyulmadığını bildirib. Bu cür hallarda məhsulda texniki problem yarandıqda istehsalçı məsuliyyət daşımır, mağaza məsuliyyəti servis mərkəzinin üzərinə yönləndirir, servis isə istehsalçı zəmanəti olmadığı üçün məhdud imkanlarla fəaliyyət göstərir.

Nəticədə istehlakçı faktiki olaraq hüquqi müdafiəsiz qalır. Hazırkı vəziyyət onu göstərir ki, elektronika mağazaları ilə bağlı artan narazılıqlar təsadüfi deyil. Satılan məhsullara rəsmi zəmanətin verilməməsi, məhsulların mənşəyi ilə bağlı qeyri-müəyyənlik və zəif nəzarət bazarda etimadın azalmasına səbəb olur. Bu istiqamətdə sistemli dəyişikliklər həyata keçirilmədiyi müddətdə vətəndaş şikayətlərinin azalacağı gözlənilmir.
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altındaMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, dövlət satıcının üzərinə tələb qoya bilməzki sən istehsalçı zəmanətini müştəriyə verməlisən. Çünki müştərinin münasibəti mağaza ilədir. Zəmanət o deməkdir ki, məhsul əgər keyfiyyətsiz çıxsa, mağaza məhsulu ya dəyişdirməlidir, yada qaytarmalıdır və müştərinin pulunu özünə ödəməlidir. Onun sözlərinə görə, müştəri üçün nə fərqi varki zəmanəti ona kim verir? Zəmanətin mənası odur ki, məhsul keyfiyyətsizdirsə geri qaytarılmalıdır. Bu baxımdanda Azərbaycan dövləti satıcının üzərinə rəsmi zəmanət tələbi qoya bilməz. Rəsmi zəmanət tələbi qoysa belə, istənilən halda məhsul keyfiyyətsiz çıxsa, müştəri mağazaya yaxınlaşır, brendə yox. Həttda Avropa ölkələrində belə istehsalçı zəmanəti məcburi deyil. Satıcının verdiyi zəmanət əsas götürülür. Yəni istehsalçı və satıcı arasında olan münasibətin müştəriyə heç bir adiyyatı yoxdur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 247
.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

14:23 0
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 148
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 117
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

11:50 167
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 149
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 0
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda

10:17 136
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

04.10.2026 249
.