Azərbaycanda dərsliklərdə "biabırçı şeirlər" və təhsil keyfiyyətinin problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda dərsliklərdə "biabırçı şeirlər" və təhsil keyfiyyətinin problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda dərsliklərdə səhvlər və tapşırıqların şagirdlərin yaş və səviyyəsinə uyğun olmaması problemi diqqət çəkir. Bu hallar həm təhsil prosesinə mənfi təsir göstərir, həm də şagirdlərin öyrənmə motivasiyasını zəiflədir. Məktəb dərsliklərində qrammatika, riyaziyyat və ümumi məlumatlarla bağlı səhvlər keyfiyyət problemlərini göstərir və təhsil sistemində ciddi diqqət tələb edən məsələlərdən biridir. Xüsusilə ibtidai sinif dərsliklərində bəzən şeir kimi təqdim olunan mətnlər var, lakin onların üslubu və məzmunu real şeir tələblərinə cavab vermir. Bu "biabırçı şeirlər" şagirdlərin öyrənmə prosesini çətinləşdirir və dərsliklərin hazırlanmasında ciddi redaktə və keyfiyyət yoxlamasına ehtiyac olduğunu göstərir.
Azərbaycanda dərsliklərdə "biabırçı şeirlər" və təhsil keyfiyyətinin problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan təhsil sisteminin ən çox müzakirə olunan və mütəmadi olaraq tənqid atəşinə tutulan sahələrindən biri ibtidai sinif dərsliklərindəki bədii materialların keyfiyyətidir. Onun sözlərinə görə, xüsusilə Azərbaycan dili dərsliklərində yer alan və poetik dəyəri şübhə doğuran "şeirlər" həm valideynlərin, həm də ədəbi ictimaiyyətin ciddi narazılığına səbəb olur: "Bu problematikaya qarşı ən kəskin və güzəştsiz mövqe sərgiləyən ziyalılardan biri olan şair Qəşəm Nəcəfzadə, dərsliklərdəki bu mənzərəni uşaqların estetik zövqünə qarşı törədilən bir təxribat kimi qiymətləndirir.
Problemin kökündə ədəbi mühitdə heç bir çəkisi olmayan, yaradıcılığı bədiilikdən tamamilə uzaq olan şəxslərin "müəllif" adı altında dərsliklərə yol tapması dayanır. Qəşəm Nəcəfzadə öz çıxışlarında dəfələrlə vurğulayır ki, dərsliklərin hazırlanması prosesində peşəkar yazıçıların və uşaq ədəbiyyatı mütəxəssislərinin rəyi çox vaxt kənarda qalır.

Bunun əvəzində isə dərsliklərə sadəcə qafiyə xatirinə yazılmış, daxilində heç bir bədii təsvir vasitəsi, metafora və ya obrazlılıq yükü daşımayan mətnlər daxil edilir. Şairin fikrincə, Abdulla Şaiq, Mikayıl Müşfiq, Mirvari Dilbazi kimi klassiklərin uşaq qəlbinə xitab edən inciləri durarkən, dili korlayan və uşağı düşünməyə sövq etməyən cızma-qaraların tədris olunması gələcək nəslin dil duyumunu məhv edir.

Tənqidlərin digər mühüm tərəfi isə bu mətnlərdəki məntiq xətaları və dilin bəsitləşdirilməsidir. Dərsliklərdə rast gəlinən bir çox şeirlərdə sözlər sanki mexaniki şəkildə bir-birinin ardınca düzülür, nəticədə isə nəzm deyil, bəsit bir informasiya yığını ortaya çıxır. Qəşəm Nəcəfzadə bu vəziyyəti "dərslikləri bazar səviyyəsinə salmaq" kimi xarakterizə edərək, dərslik müəlliflərini və komissiya üzvlərini məsuliyyətsizlikdə günahlandırır. Boiz ( mən və Q.Nəcəfzadə) dəflərlə çıxış edərək bildirmişik ki uşaq ana dilinin gözəlliyini və qüdrətini məhz dərslikdəki ilk şeirlərlə sevməlidir; lakin mövcud durum əks-reaksiya doğurur və uşaqları ədəbiyyatdan uzaqlaşdırır.

Dərsliklərdəki "tanınmayan şairlər" problemi sadəcə ədəbi mübahisə deyil, həm də milli təhsilin keyfiyyət məsələsidir. Biz ziyalıların kəskin çıxışları cəmiyyəti bu məsələdə ayıq-sayıq olmağa çağırır. Dərsliklərin ticarət maraqlarından və ya təsadüfi şəxslərin subyektiv seçimlərindən təmizlənməsi, oraya yalnız zamanın sınağından keçmiş, həqiqi sənət nümunələrinin qaytarılması uşaqlarımızın mənəvi inkişafı üçün mütləq şərtdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4163   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 247
.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

14:23 0
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 148
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 117
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

11:50 167
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 149
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 0
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda

10:17 136
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

04.10.2026 249
.