Ölümün şoulaşdırılması: cəmiyyət hansı həddə gəlib çatıb?
"Son dövrlərin elmi-texniki tərəqqisi, xüsusilə süni intellektin sürətli inkişafı həyatımızın bir çox sirli tərəflərini üzə çıxarıb. Məsələnin mahiyyətinə diqqətlə baxdıqda aydın olur ki, nə elm və texnologiyanın özündə, nə də süni intellektin varlığında problem var. Əsas problem bu qədər güclü elmi imkanlardan istifadə edərək dəyərlərin adiləşdirilməsi, onların şou və sensasiya predmetinə çevrilməsidir".
Bunu BiG.AZ-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib.
O, qeyd edib ki, əslində bu yanaşma texnoloji deyil, düşüncə və iman problemidir. Bu, açıq-aşkar əxlaq məsələsidir. Cəmiyyət daxilində bəzi insanlar ölülərin qəbirlərdən "çıxarılması" kimi süni görüntülər yaradaraq onların xatirəsinə hörmətsizlik etməyə çalışırlar. Bu hal nə qədər süni olsa da, mahiyyət etibarilə insanlıq dəyərlərinə ziddir:
"Qurani-Kərimin Ali-İmran surəsinin 185-ci ayəsində bildirildiyi kimi, "Hər canlı ölümü dadacaq." Axirət insanın son mənzilidir. Ölüm anlayışını və qəbir məfhumunu bu şəkildə manipulyasiya etmək yanlış və qəbuledilməz bir davranışdır.
Hazırkı mərhələdə bu cür halların qarşısını almaq fırtınanın önünü kəsmək qədər çətin görünə bilər. Lakin cəmiyyəti düzgün istiqamətə yönləndirmək və doğru yol göstərmək mümkündür. Bu prosesdə əsas rol maarifləndirmə və həqiqətlərin düzgün izahına məxsusdur.
Peyğəmbərimiz (s.ə.s.) buyurub ki, ölmüş insana göstərilən hörmət diri insana göstərilən hörmət kimidir. Bu baxımdan, maarifləndirmə və təbliğat işi sistemli şəkildə aparılmalı, eyni zamanda hüquqi mexanizmlər gücləndirilməlidir. Belə görüntüləri yayan və etik normaları pozan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu, müəyyən mənada bu cür halların qarşısını almağa kömək edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 668 Tarix: 05 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
14:05 0 Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 148 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 247 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal
09:53 141 Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi
Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər
10:51 149 İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu
10:41 158 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 280 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
14:14 0 "Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi"
Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:. "Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zən
12:12 180