"TikTok"un qaranlıq tərəfi: Azərbaycan gəncləri mənfi kontentin təsirində

"TikTok"un qaranlıq tərəfi: Azərbaycan gəncləri mənfi kontentin təsirindəTikTok dünyada yalnız əyləncə platforması deyil, həm də maarifləndirici, yaradıcı və inkişaf etdirici kontentin yayıldığı sahə kimi tanınır. Bir çox ölkədə gənclər elm, sənət, kitab, şəxsi inkişaf və sosial maarifləndirmə mövzularında videolar hazırlayır, həm öz biliklərini artırır, həm də izləyicilərə faydalı məlumat ötürürlər.

Təəssüf ki, Azərbaycanda platforma daha çox fərqli tendensiyalarla yadda qalır. Burada yayılan kontentun böyük bir hissəsi etik və sosial dəyərlərə uyğun deyil. Xüsusilə LGBT nümayişi, eləcə də çılpaqlıq və fahişəlik kimi mövzular geniş yayılır. Bu, gənclər arasında yanlış dəyərlərin formalaşmasına və sosial normaların qarışmasına səbəb olur.

Valideynlər, müəllimlər və sosial mütəxəssislər bu tendensiyalardan narahatdır, çünki sosial media gənclərin dünyagörüşü və həyat tərzi üzərində güclü təsir göstərir. TikTok-un potensialından səmərəli istifadə olunmaması həm maarifləndirici kontentin azlığı, həm də təhlükəli sosial meyllərin artması ilə nəticələnir.

Nəticədə, Azərbaycan TikTok-u çılpaqlıq, LGPD nümayişi və etik dəyərlərə zidd kontentin geniş yayılması ilə sosial medianın "qaranlıq tərəfi" kimi diqqət çəkir. Bu isə həm ictimaiyyətin, həm də aidiyyəti qurumların diqqətini tələb edən ciddi bir məsələdir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda Tiktok Azərbaycanda ən populyar olan sosial şəbəkədir:

"Bu platforma gənclərin və yeniyetmələrin ən çox istifadə etdiyi sosial şəbəkədir. Belə olduğu təqdirdə burada neqatif anlar, neqatif amillər hər kəsi çox narahat edir. Bu mövzu cəmiyyəti çox düşündürən mövzulardan biridir. Gənclərin və yeniyetmələrin sağlam şəkildə böyüməsi həm də cəmiyyətin inkişafına təkan verir . Tik tok-da olan bu mənfi kontent isə ictimaiyyət nümayəndələrinin, cəmiyyətin diqqət mərkəzində olmalıdır ki, cəmiyyətimizdə mənfi qəhrəmanlar təbliğ edilməsin. Amma təəssüf ki, Tik Tok-un alqoritmləri elə bir formada qurulub ki, burada daha çox neqativ, qeyri-etik-təhqir, söyüş tipli paylaşımlar ön plana çıxır və insanlar da belə hallarla çox tez-tez qarşılaşırlar".

Eksepert mənfi kontentin qarşısının alınması üçün atılmalı olan addımları deyib:

"Mənfi kontentin qarşısını almaq üçün ilk növbədə həmin sosial şəbəkədə müsbət məzmunlu paylaşımı artırmaq lazımdır. Eyni zamanda, cəmiyyətdə uğur qazanan gənclər, jurnalistlər daha fəal olmalı, öz təbliğatları, gördükləri işlər haqqında TikTok-un məzmununa uyğun şəkildə paylaşımlar etməlidirlər. Belə olduğu halda təbii ki, TikTok-da vəziyyət ürəkaçan səviyyəyə dəyişə bilər. Amma bundan başqa TikTok-da qeyri-etik paylaşım edənlərə qarşı istər dövlət qurumları, istər cəmiyyətimiz birmənalı münasibətdədir. Əgər kimsə qeyri-etik, söyüş, təhqir, ictimai məzmunlu paylaşımlar edirsə, onlara qarşı tədbirlər görülür və bundan sonra da görüləcək. Eyni zamanda Mətbuat Şurasının Sosial Media Əlaqələr Komissiyası olaraq, biz də dünən sosial şəbəkə istifadəçilərinə müraciət ünvanladıq. Həmin müraciətdə də bu nüanslar öz əksini tapdı. Təbii ki, bundan sonra bloggerlər, influncerlər, Tiktokerlər öz paylaşımlarına diqqət göstərməlidir ki, növbəti mərhələdə hüquqi addımlar onlara qarşı görülməsin. Qeyd edək ki, mənfi kontentin gənclərin və yeniyetmələrin inkişafında çox mənfi təsiri var. Onlar sosial şəbəkədə gördükləri qəhrəmanlara bənzəməyə çalışır, onlar kimi olmaq istəyirlər. Bu baxımdan biz əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı mütləq bir mövqedən çıxış etməliyik ki, gənclərimiz və yeniyetmələrimiz bu kimi mənfi hallarla qarşılaşmasınlar. Eyni zamanda burada ailənin də üzərinə böyük yük düşür. Belə ki, artıq bəzi ölkələrdə yeniyetmələrin TikToka girişinə qadağa qoyulur. Azərbaycanda da bu kimi çağırışlar var. Yəgin ki, növbəti mərhələlərdə biz bunun da hər hansı formada qəbulunu görəcəyik. Lakin daha səhv addımların atılmaması üçün valideynlər övladlarına mütləq nəzarət etməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 964   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 247
.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

14:23 0
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 148
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 117
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

11:50 167
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 149
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 0
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda

10:17 136
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

04.10.2026 249
.