"Gecə üçdə dedilər ki, sabahdan işə gəlməyin" - "By Ruslan Pizza"da əməkhaqqı qalmaqalı
İşçilər "By Ruslan Pizza" adlı müəssisədən şikayətçidirlər. Onların sözlərinə görə, artıq iki aydır əməkhaqqılarını ala bilmirlər.
Şikayətçilərdən biri bildirib:
"Ümumilikdə 680 manat maaş alırdıq. Məbləğin yarısını karta köçürürdülər, yarısını isə nağd şəkildə verirdilər. Nağd hissə hazırda ödənilməyib. İşləmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pulumu versinlər".
Başqa bir işçi isə deyib: "İki aydır ki, maaşımızı vermirlər. Üstəlik, bizi maddə ilə işdən çıxarıblar. Buna görə də başqa yerdə işə düzələ bilmirik".
Digər şikayətçinin sözlərinə görə, gecə saat üçdə onlara mesaj göndərilərək bildirilib ki, sabahdan işə gəlməsinlər, çünki obyekt bağlanır:
"O vaxtdan bəri əlaqə saxlayırıq ki, bizi qeydiyyatdan çıxarsınlar, başqa yerdə iş tapa bilək. Bizə deyirlər ki, kompüterlər obyektdə qalıb, sənədləşmə apara bilmirik".
Restoran sahibi Mehdi Ruslan isə məsələyə münasibət bildirərək qeyd edib ki, işçilərə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə işdən çıxarılmaları barədə əvvəlcədən xəbərdarlıq edilib:
"Məkanlarım bağlananda işçilərdən soruşdum ki, yeni obyekt açıb fəaliyyətimi bərpa etsəm, mənimlə işləməyə davam edəcəksinizmi? Hamısı dedi ki, əmək müqaviləmizə xitam vermə, səni gözləyəcəyik. Mən də onların sözünə inanaraq müqavilələri ləğv etmədim və yeni obyekt açmaq üçün işlərə başladım. Bir müddət sonra isə bir qrup şəxsin mənim köhnə şəriklərimlə qalıb işlədiklərini öyrəndim".
Məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, "By Ruslan Pizza" müəssisəsində əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət araşdırılır: "Məsələnin dəqiqləşdirilməsi məqsədilə şikayətçi DOST mərkəzinə dəvət olunub, izahatı alınıb. Araşdırma çərçivəsində işəgötürəndən işçiyə aid müvafiq sənədlərin təqdim edilməsi tələb edilib. Müraciəti təsdiq edən əlavə sübutlar təqdim edildiyi halda araşdırma davam etdiriləcək"./BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 766 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 247 Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək
14:23 0 Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 148 "Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"
"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca
12:35 117 Bakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
11:50 167 Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
10:31 149 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
14:14 0 Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 136 Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd
04.10.2026 249