Birinin əsnəməsi sizi də əsnədir? - Səbəbi təəcübləndirəcək
Əsnəmə demək olar ki, hər kəsin gündəlik həyatında rastlaşdığı adi haldır. Adətən yorğunluq, yuxusuzluq və ya darıxma ilə əlaqələndirilsə də, alimlər əsnəmənin arxasında daha maraqlı mexanizmlərin dayandığını bildirirlər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, əsnəmənin əsas funksiyalarından biri beynin temperaturunu tənzimləməkdir. Beyin həddindən artıq isinərkən əsnəmə refleksi işə düşür və dərin nəfəs alma yolu ilə beynə daha sərin hava daxil olur. Bu da beyin fəaliyyətinin daha stabil qalmasına kömək edir.
Digər bir izaha görə, əsnəmə orqanizmin oksigen balansı ilə bağlıdır. Uzun müddət hərəkətsiz qalanda və ya diqqət azaldıqda tənəffüs səthi və yavaş olur. Əsnəmə zamanı dərin nəfəs alınıb-verilməsi qana daha çox oksigen daxil olmasına və karbon qazının xaric edilməsinə şərait yaradır.
Alimlər həmçinin əsnəmənin sosial və psixoloji tərəfinə də diqqət çəkirlər. Əsnəmənin "yoluxucu" olması yəni birinin əsnəməsini görən digər şəxsin də avtomatik əsnəməsi empatiya və sosial bağlarla əlaqələndirilir. Araşdırmalara görə, insanlar yaxın olduqları şəxslərin əsnəməsinə daha tez reaksiya verirlər.
Bəzi hallarda tez-tez və nəzarətsiz əsnəmə sağlamlıq problemlərinin də əlaməti ola bilər. Xüsusilə daimi halsızlıq, başgicəllənmə və ya yuxu pozuntuları ilə müşayiət olunursa, bu vəziyyət stress, yuxu çatışmazlığı, sinir sistemi və ya ürək-damar problemləri ilə əlaqəli ola bilər.
Mütəxəssislər bildirirlər ki, nadir və situasiyaya uyğun əsnəmə normal haldır. Lakin əsnəmə gündəlik həyata mane olacaq qədər tez-tez baş verirsə, bunun səbəblərini araşdırmaq üçün həkimə müraciət etmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 580 Tarix: 07 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
27.09.2026 222 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 242 Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir
27.09.2026 225 Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20.09.2026 246 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
22.09.2026 2743 WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
27.09.2026 293 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
23.09.2026 821 30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21.09.2026 381 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 257