Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
Diş itkisi bir çox hallarda estetik problem kimi qəbul edilsə də, bunun ümumi sağlamlığa ciddi təsir göstərdiyi bildirilir.
Milli.Az-ın məlumatına görə, bu barədə həkim Serra Oğuz Ahmet açıqlama verib.
Onun sözlərinə görə, elmi araşdırmalar diş çəkildikdən sonra ilk 6-12 ay ərzində çənə sümüyündə 25-40 faizədək sümük itkisi baş verə biləcəyini göstərir.
Həkim qeyd edib ki, dişlər üzün alt hissəsinin formalaşmasında və çeynəmə sisteminin balansında əsas rol oynayır. Hətta bir dişin itirilməsi belə bu balansı poza, üz əzələlərinin zəifləməsinə və insanın olduğundan daha yaşlı görünməsinə səbəb ola bilər.
Diş itkisinin təsirlərinin üzlə məhdudlaşmadığını deyən həkim, çeynəmə sisteminin çənə oynağı, boyun, çiyinlər və onurğa ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, diş boşluqları çeynəmənin bir tərəfli aparılmasına, çənə oynağında ağrı və kilidlənməyə, baş ağrılarına və duruş pozuntularına yol aça bilər.
Bundan əlavə, diş itkisi çeynəmə funksiyasının azalmasına, qidalanma vərdişlərinin dəyişməsinə və tez yorulma kimi problemlərə də səbəb olur. O bu səbəbdən diş itkisi hallarının vaxtında müalicə edilməsinin vacibliyini qeyd edib.
Müalicə üsulları barədə danışan Serra Oğuz Ahmet bildirib ki, xüsusilə implant dəstəkli protetik müalicələr çənə sümüyünü qoruyur, sümük itkisini ləngidir və üzün təbii formasının saxlanmasına kömək edir. Onun sözlərinə görə, diş itkisi sonrası 1-2 il ərzində müalicə olunmaması gələcəkdə həm sümük itkisini artırır, həm də müalicə imkanlarını məhdudlaşdırır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 569 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 923 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 304 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654