Klaviatura ilə işləyənləri gözləyən təhlükə

Klaviatura ilə işləyənləri gözləyən təhlükəBarmaqlarda ağrı və uyuşma, ön qollarda zəiflik, çiyinlərdə və boyun nahiyəsində gərginlik təkcə yorğunluğun nəticəsi deyil, eyni zamanda bədənin verdiyi xəbərdarlıq siqnalları da ola bilər. Bu hallar çox vaxt klaviaturanın özündən yox, ondan düzgün istifadə edilməməsindən qaynaqlanır.

Oxu.Az xəbər verir ki, rusiyalı terapevt Alina Əzizova RT-yə verdiyi müsahibədə düzgün erqonomikanın qorunmasının və müntəzəm fasilələrin verilməsinin bu cür problemlərin qarşısını almaqda mühüm rol oynadığını bildirib.

Mütəxəssis klaviaturanı masanın kənarından təxminən 30 santimetr məsafədə yerləşdirməyi tövsiyə edir ki, dirsəklər masa üzərində və ya stulun qoltuqaltılarına rahat şəkildə, düzgün bucaq altında dayansın. Bundan əlavə, hər 30-60 dəqiqəlik işdən sonra əllər və barmaqlar üçün qısa isinmə hərəkətlərinin edilməsi vacibdir. Yumruqları sıxıb-açmaq, eləcə də biləkləri yumşaq şəkildə fırlatmaq kimi sadə hərəkətlər əzələlərin gərginliyini azalda bilər.

Ekspertin sözlərinə görə, əsas təhlükə bir çoxlarının düşündüyü kimi barmaq oynaqlarının çap zamanı aşınması və ya zədələnməsi deyil. Oynaqlar incə motor bacarıqları üçün nəzərdə tutulub və çap prosesi onlara ciddi yük yaratmır. Əsl risk ətraf toxumaların - əzələlərin, vətərlərin və sinirlərin - uzun müddət həddindən artıq yüklənməsi ilə bağlıdır. Bu isə fasiləsiz və uzunmüddətli çap zamanı, xüsusilə də əlin səhv vəziyyətdə saxlanılması, məsələn, biləyin daim əyilmiş halda qalması nəticəsində yaranır.

Belə statik yüklənmə karpal tunel sindromunun inkişafına səbəb ola bilər. Bu sindrom median sinirin bilək nahiyəsində yerləşən dar anatomik kanalda sıxılması ilə əlaqədardır. Əzizovanın sözlərinə görə, bu vəziyyət bir sıra xarakterik əlamətlərlə müşayiət olunur.

Belə ki, baş barmaqda, şəhadət barmağında və orta barmaqda, həmçinin ovucda ağrı və uyuşma yaranır. Bu hisslər sıxılma, sancı və ya partlama formasında özünü göstərə, eyni zamanda xüsusilə gecə saatlarında daha da güclənə bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 483   Tarix: 08 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin

Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri

27.09.2026 222
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20.09.2026 242
.

Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu

Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir

27.09.2026 225
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20.09.2026 246
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2743
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27.09.2026 293
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

23.09.2026 821
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 381
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20.09.2026 257
.