İşığı hər söndürəndə əslində israf edirsiniz? - Qənaət haqqında yanlış bilinənlər

İşığı hər söndürəndə əslində israf edirsiniz? - Qənaət haqqında yanlış bilinənlərOtaqdan çıxarkən işığı söndürmək həmişə qənaət deməkdir? Alimlər və enerji mütəxəssisləri bildirirlər ki, bu sualın cavabı istifadə etdiyiniz lampanın növündən asılıdır. Bəzi hallarda işığı açıq qoymaq, onu tez-tez yandırıb-söndürməkdən daha səmərəli ola bilər.

Milli.Az xəbər verir ki, qənaət strategiyanızı müəyyən etmək üçün əvvəlcə lampanıza baxın:

Közərmə lampaları (Klassik lampalar): Bu lampalar enerjinin böyük hissəsini istiliyə çevirir. Onları otaqdan çıxan kimi dərhal söndürmək lazımdır, çünki çox enerji sərf edirlər.

Halogen lampalar: Bunlar da səmərəsizdir, ona görə də istifadə edilmədikdə söndürülməsi məsləhətdir.

LED lampalar: Müasir LED-lər çox az enerji sərf edir və yandırıb-söndürməyə qarşı çox dözümlüdürlər. Onları söndürmək həmişə qənaətdir, lakin açıq qalsalar belə, büdcənizə böyük zərər vurmazlar.

Floresan (Qənaətli) lampalar: Əsas məsələ buradadır! Bu lampaları yandırarkən qısa müddətli yüksək enerji tələb olunur.

Floresan (uzun və ya spiral formalı qənaətli) lampalar üçün mütəxəssislər "15 dəqiqə qaydasını" tövsiyə edir.

Əgər otaqdan 15 dəqiqədən az müddətə çıxırsınızsa, işığı açıq qoyun. Çünki bu lampaları tez-tez yandırıb-söndürmək həm ömrünü qısaldır, həm də hər dəfə yanarkən sərf etdiyi yüksək start enerjisi qənaəti sıfıra endirir.

Əgər 15 dəqiqədən çox olmayacaqsınızsa, o zaman söndürmək daha məntiqlidir.

Xalq arasında "işığı yandıranda daha çox tok gedir" fikri qismən doğrudur, lakin bu, saniyənin çox kiçik bir hissəsində baş verir. Közərmə və LED lampalarda bu yük əhəmiyyətsiz dərəcədədir. Floresanlarda isə bu "start yükü" lampanın daxili kimyasına təsir etdiyi üçün onun fiziki ömrünü daha tez bitirir.

Yay aylarında közərmə lampalarını söndürmək həm də otağın sərin qalmasına kömək edir. Çünki bu lampalar ətrafı qızdırır, bu da kondisionerin daha çox işləməsinə səbəb olur. LED-lər isə istilik yaymadığı üçün bu baxımdan daha əlverişlidir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 584   Tarix: 08 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin

Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri

27.09.2026 222
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20.09.2026 242
.

Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu

Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir

27.09.2026 225
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20.09.2026 246
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2743
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27.09.2026 293
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

23.09.2026 821
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 381
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20.09.2026 257
.