Məktəbli uşaqlar necə qidalanmalıdır? - Mütəxəssislər açıqlayır

Məktəbli uşaqlar necə qidalanmalıdır? - Mütəxəssislər açıqlayırVaxtlarının böyük hissəsini məktəbdə keçirən uşaqların enerji, protein, vitamin və mineral ehtiyaclarının tam qarşılanmasının vacibliyini vurğulayan mütəxəssislər bildirirlər ki, inkişaf dövründə olan uşaqlar və yeniyetmələrin enerji tələbatı yüksək olur. Düzgün və balanslı qidalanma isə həm fiziki inkişaf, həm də dərsə diqqətin artması baxımından mühüm rol oynayır.

Araşdırmalar göstərir ki, səhər yeməyi yeyən uşaqlar dərslərə daha yaxşı fokuslanır. Lakin mütəxəssislər uşaqlara enerji verməsi məqsədilə şokolad yağları kimi şəkərli məhsulların tövsiyə edilmədiyini bildirirlər. Bunun əvəzinə sağlam alternativlərə üstünlük verilməlidir.

Qaynarinfo xəbər verir ki, müətəxssislər bidlirir ki, uşaqlar və yeniyetmələr gündə 3 əsas yemək qəbul etməlidir.

Yay tətilinin başa çatması və yeni tədris ilinin başlaması uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılması üçün yaxşı fürsət hesab olunur. Mütəxəssislərin fikrincə, uşaqların məktəbdə uğur qazanmaq üçün kifayət qədər və balanslı qidalanma əsas şərtlərdən biridir. İnkişaf çağında olan uşaqlar və yeniyetmələr üçün gündə 3 əsas yemək qəbul edilməsi tövsiyə olunur.

Proteinli səhər yeməyi dərsə diqqəti artırır

Qidalanma və Dietologiya üzrə mütəxəssislər bildirir ki, günə pendir və yumurta kimi proteinlə zəngin səhər yeməyi ilə başlamaq qidalanmada "qızıl standart" hesab olunur. Əgər uşaq evdə səhər yeməyi yeməkdə çətinlik çəkirsə, ilk fasilələrdə yeyilə biləcək göyərtili sendviç və ya ev şəraitində tam buğda unundan hazırlanmış pendirli, göyərtili kökələr alternativ kimi seçilə bilər.

Sağlam qəlyanaltılar yaddaşı qoruyur

Mütəxəssislər bildirirlər ki, uşaqlar gün ərzində enerji ehtiyaclarını qarşılamaq üçün 1-2 dəfə ara yemək qəbul edə bilərlər. Lakin seçim uşaqlara buraxıldıqda onlar tez-tez keks, meyvə şirəsi və duzlu qəlyanaltılara üstünlük verirlər. Son illərdə məktəb bufetlərində tətbiq edilən məhdudiyyətlər bu cür məhsulların satışını azaltsa da, valideynlərin diqqətli olması tövsiyə edilir.

Uşaqların enerji ehtiyacını qoz-fındıq, banan, mandarin, alma kimi təzə meyvələr və ya quru meyvələr hesabına qarşılaması həm iştahın, həm də qan şəkərinin daha yaxşı tənzimlənməsinə kömək edir.

Şəkərli və zərərli qidalar yaddaşa mənfi təsir göstərir

Elmi araşdırmalar göstərir ki, şəkərli qəlyanaltılar və çipslər hüceyrə səviyyəsində stressi artırmaqla yanaşı, yaddaşa da mənfi təsir edir. Bu səbəbdən uşaqların qidalanma çantalarında süd və süd məhsulları, qoz-fındıq, quru meyvələr, tam buğda unundan hazırlanmış ev məhsulları, mövsümi meyvə və tərəvəzlər yer almalıdır. Gün ərzində kifayət qədər su qəbulunun da vacibliyi vurğulanır. Mümkünsə, şüşə su qablarından istifadə edilməsi tövsiyə olunur.

Fiziki aktivlik də ən az qidalanma qədər vacibdir

Mütəxəssislər qeyd edirlər ki, uşaqlar gün ərzində əsasən oturaq vəziyyətdə olduqları üçün onların kifayət qədər fiziki aktivlik etməsinə şərait yaradılmalıdır. Məktəbdə sağlam qidalanma təmin edildikdən sonra evdə uşaqların sevdiyi bəzi qidalar məhdud miqdarda menyuya daxil edilə bilər. Bununla yanaşı, tərəvəz, tam taxıl, süd məhsulları və meyvə istehlakı da diqqətdən kənarda qalmamalıdır.

Qeyd olunur ki, gündəlik fiziki aktivlik uşaqların həm məktəb uğuruna, həm də fiziki və zehni inkişafına müsbət təsir göstərir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 726   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?

Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla

18.09.2026 378
.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"

20.09.2026 327
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2420
.

Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı

Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b

04.09.2026 352
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 308
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 299
.

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3

07.09.2026 389
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

14.09.2026 268
.

Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil

Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd

14.09.2026 422
.