Zəlzələlərin yeraltı mikro orqanizmlərə təsiri açıqlandı - 6.5 dəfə...
Alimlər müəyyən ediblər ki, zəlzələlər təkcə süxurları deyil, həm də yerin dərin qatlarında yaşayan mikroorqanizmləri dəyişir
Qaynarinfo xəbər verir ki, araşdırmalara görə, Yer kürəsində həyatın təxminən 30 faizi heç vaxt Günəş işığı görmür. Bu orqanizmlər enerjini su ilə süxurlar arasında baş verən kimyəvi reaksiyalar nəticəsində ayrılan hidrogen vasitəsilə əldə edirlər. Zəlzələlər süxurları çatladır, yeni reaksiya səthləri yaradır və yeraltı suların hərəkət istiqamətini dəyişir. Nəticədə hidrogen istehsalı artır və mikroorqanizmlər üçün sanki enerji partlayışı baş verir.
Araşdırma "PNAS Nexus" jurnalında dərc olunub. Tədqiqat çərçivəsində alimlər Yellowstone Milli Parkında, təxminən 100 metr dərinlikdə yerləşən sondaj quyusunun dibində prosesi izləyiblər. Komanda yeddi ay ərzində test sahəsinə yeddi dəfə, ümumilikdə 10 saatlıq gediş-gəliş yürüşləri edib. Bu müddətdə süxur nümunələri, həll olmuş qazlar və mikroblar toplanıb, texniki nasazlıqlar və logistika çətinlikləri aradan qaldırılıb.
Araşdırmanın ən mühüm məqamlarından biri isə ölçmələrin vaxtında aparılması olub. Tədqiqat qrupu "Yellowstone"da nadir hallarda rast gəlinən və 2 182 zəlzələdən ibarət güclü "zəlzələlərin" başlanğıcını və sonunu qeydə ala bilib.
Mikroorqanizmlərdə dəyişiklik
Nəticələrə əsasən, zəlzələlər zamanı yeraltı mikroorqanizmlərin miqdarı 6,5 dəfə artıb, sarsıntılar bitdikdən sonra isə yenidən normal səviyyəyə qayıdıb. Eyni dövrdə hidrogen səviyyəsində yüksəliş müşahidə olunub və mikrob növlərinin tərkibində dəyişiklik baş verib.
Alimlərin fikrincə, bu nəticələr təkcə Yer üçün deyil, digər planet və peyklərdə yeraltı həyatın axtarışı baxımından da əhəmiyyətlidir. Rhode Island Universitetinin əməkdaşı, dəniz dibinin altındakı həyat formalarını araşdıran və tədqiqata qatılmayan Stiven D’Hondt Scientific American nəşrinə bildirib ki, seysmik baxımdan aktiv bölgələrdə yeraltı həyatın tapılması daha mümkün ola bilər: "Bu nəticələri digər planet və peyklərə tətbiq etdikdə, yeraltı həyatın aktiv seysmik zonalarda daha asan aşkar edilə biləcəyini deyə bilərik. Möhtəşəm araşdırmadır".
Bununla belə, bütün mütəxəssislər nəticələrin Marsda həyat axtarışını köklü şəkildə dəyişəcəyini düşünmür. Fransanın LATMOS tədqiqat mərkəzindən astrobioloq Karolin Freissine araşdırmanın Yer kürəsini anlamaq baxımından çox dəyərli olduğunu vurğulasa da, Marsın "cəhənnəm kimi yeraltı şəraiti" səbəbindən təsirin məhdud ola biləcəyini qeyd edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 653 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627