"İlhamə Quliyevanın ailəsi buna görə məhkəməyə müraciət edəcək"
Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova həbs edilib.
Məsələ ilə bağlı N.Həsənovanın vəkili İlqar Rüstəmov Axşam.az-a açıqlama verib. O bildirib ki, N.Həsənovanın işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:
"Nigar Həsənova ilə bağlı cinayət məcəlləsinin 178.3.2 madəsi ilə cinayət işi başladılıb və həmin maddə ilə ittiham verilib. Əvvəllər barəsində həmin maddə üzrə qətimkan tədbiri qismində həbs edilməsi üçün Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinə müraciətlər edilib. Lakin hər iki məhkəmə həbsi seçmirdi. Sonradan istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən vəsatətlə bağlı Şəhər Prokurorluğuna və Xətai Rayon Məhkəməsinə həbsin seçilməsi üçün təqdimatla müraciət olunub. Xətai Rayon Məhkəməsi tərəfindən həbs qərarı verilib. Lakin buna baxmayaraq, biz hesab edirik ki, Nigar Həsənovanın cinayət tərkibi yoxdur. Bu, mülkü borc məsələsidir. Faiz müqabilində yığılan borcdur. Bununla bağlı tərəfimizdən apellyasiya şikayəti veriləcək".
Vəkil bildirib ki, ailə N.Həsənovanın işində mərhum Xalq artisti İlhamə Quliyevanın adının hallandırılmasından narahatdır:
"Zərərçəkmiş şəxslərdən bəziləri Nigar Həsənovanı mərhum Xalq artisi İlhamə Quliyeva ilə əlaqələndirib məsələni yayıblar. Onların qohumluq əlaqəsi ola bilər. Amma bunun İlhamə Quliyevaya aiddiyatı yoxdur. Məqsədli şəkildə edilir. Bununla bağlı ailə məhkəməyə müraciət edəcək".
Vəkil məbləğin 811 min manatdan çox göstərilməsinin düzgün olmadığını deyib:
"Nigarın əməlində cinayət tərkibi yoxdur, mülkü məsələdir. Şikayət edən bir neçə nəfərdir. Müəyyən məbləğdə faizlə, yəni sələmə pul götürülüb və məbləğ şişib. Nigar həm faizi, həm də borcun bir hissəsini qaytarıb. Bizdəki həbs qərarı ilə bağlı sənəddə məbləğ o qədər göstərilməyib. Cinayət işi məxfi olduğu üçün məlumatı verə bilmirik".
İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva isə məsələ ilə bağlı suallarımıza "Nigar iki gündür həbs edilib. Bizi İlhamə Quliyevanın adı ilə vurdular. Apellyasiya şikayəti verəcəyik. Ona görə də mən danışa bilmirəm" sözlərini deyib.
Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230