Maşın almaq istəyənlərə bəd xəbər - Apreldən qaydalar dəyişir
Tbilisi avtomobil idxalı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaşır və bu qərar Azərbaycanın maşın bazarına da təsirsiz ötüşməyəcək. Yeni təşəbbüsə görə, 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsi və ilkin qeydiyyatı qadağan edilə bilər. Gürcüstan tərəfi bunu ekoloji vəziyyətin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi ilə izah edir. Lakin bu addım regionda, xüsusən də Gürcüstan üzərindən üçüncü ölkələrə maşın aparan sahibkarların işini çətinləşdirir.
Azərbaycan bazarı üçün əsas məsələ qadağanın hansı formada tətbiq olunacağıdır. Uzun illərdir ABŞ və digər ölkələrdən alınan avtomobillərin böyük hissəsi Gürcüstan limanları vasitəsilə gətirilir. Əgər 6 ildən köhnə maşınların ölkə ərazisinə girişi tamamilə yasaqlanarsa, bu halda 7 yaşlı və daha köhnə avtomobillərin tranziti texniki cəhətdən dayana bilər. Belə olan halda gömrük və rəsmiləşdirmə mexanizmi işləməyəcək ki, bu da daşınma zəncirini qırır.
Digər ehtimal isə məhdudiyyətin yalnız Gürcüstanda daxili qeydiyyata şamil olunmasıdır. Bu ssenaridə avtomobil ölkə daxilində istismara buraxılmasa da, tranzit və ya reeksport qaydası ilə Azərbaycana göndərilə bilər. Əgər bu mexanizm saxlanılarsa, köhnə avtomobillərin Gürcüstan bazarında satışı bitsə də, bizim bazara yönələn axın tam kəsilməyəcək.
Hazırda əsas sual qadağanın texniki tətbiq qaydasıdır. Məhdudiyyət sadəcə qeydiyyatla bitəcək, yoxsa fiziki olaraq ölkəyə girişi də əhatə edəcək? Qərarın yekun mətni dəqiqləşdikdən sonra həm fərdi alıcılar, həm də şirkətlər üçün vəziyyət aydınlaşacaq. (Demokrat.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 851 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627