Ramazan ayında nə yemək olmaz? - AQTA
Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilir ki, iftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur.
"1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur.
Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır.
Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir", məlumatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12.07.2026 589 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında yoğun bağırsaq xərçəngi barədə müzakirə aparılıb. Yoğun bağırsaq xərçəngi nədir?. İrsi meyillilik xəstəliyin yaranma riskini artırırmı?. Qidalanma yoğun bağırsaq xərçənginə necə təsir edir?. Bütün poliplər təhlükəlidirmi?. Gənclərdə yoğu
11.07.2026 499 Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağır simptomlarla qəfildən ortaya çıxmır. Alimlər vurğulayırlar ki, bədəndə həftələrl
02.08.2026 332 COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni materiallar yayımlayıb. xəbər verir ki, sənəddə koronavirusun laboratoriya mənşəli ola biləcəyi iddiasına yer verilib. ABŞ administrasiyasının rəsmi internet saytında dərc olunan hesabatda bildirilir ki, virusun bəzi xüsusiyyətləri təbii ştammlarda nadir hallard
01.08.2026 258 Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət
İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları
27.07.2026 358 Hər gün xiyar yeməyin faydası
Yay aylarının ən çox sevilən tərəvəzlərindən biri olan xiyar həm dadı, həm də orqanizm üçün faydalı xüsusiyyətləri ilə seçilir. Axşam.az xəbər verir ki, tərkibinin böyük hissəsi sudan ibarət olan xiyar bədənin su balansını qorumağa kömək edir. Xüsusilə isti havalarda susuzluğun qarşısını almaq üçün idea
25.07.2026 292 Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul
Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasın
02.08.2026 270 Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdəki cəlbedici qiymətlərin arxasında bəzən qida dəyərini itirmiş, hətta sağlamlı
02.08.2026 229 İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO
"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18.07.2026 370