Səssiz iflas: Hər 2 nəfərdən birinə təsir edir - Yorğunluq, dəri problemləri, çəki artımı

Səssiz iflas: Hər 2 nəfərdən birinə təsir edir - Yorğunluq, dəri problemləri, çəki artımıİşlənmiş qidalar və şüursuz əlavələrin istifadəsi qaraciyərin təbii detoks qabiliyyətini zorlayaraq, səssizcə yağlanmasına səbəb olur. Bu vəziyyət yalnız çəki problemi deyil, eyni zamanda xroniki xəstəliklərin qapısını açan ciddi bir sağlamlıq böhranına çevrilib. Bədənin verdiyi yorğunluq, dəri dəyişiklikləri və metabolik siqnalları yüngül hesab etməyin; qaraciyərinizi qorumaq sizin əlinizdədir.

Qaynarinfo xəbər verir ki, işlənmiş qidalar və şüursuz əlavələrin - dərmanların istifadəsi qaraciyərin təbii detoks qabiliyyətini zorlayaraq qaraciyər yağlanmasına səbəb ola bilər.

Müasir sürətli həyat tərzində, "praktik" görünən qidalanma vərdişləri və təsadüfi istifadə edilən əlavələr-dərmanlar, bədənin ən böyük laboratoriyası olan qaraciyəri səssiz bir iflasın ətəyinə sürükləyir.

Cəmiyyətdə tez-tez rast gəlinən qaraciyər yağlanması artıq yalnız "çəki problemi" deyil, xroniki xəstəliklərə dəvət çıxaran ciddi bir ictimai sağlamlıq böhranına çevrilib. Müasir elmi məlumatlar göstərir ki, Azərbaycanda hər iki insandan biri qaraciyər yağlanması problemi ilə üzləşir.

Qaraciyər səssiz ağlayır

İnteqrativ Tibb və Fizioterapiya mütəxəssisi Dr. Mehmet Portakal mövzu ilə bağlı bildirib ki, qaraciyər sağlamlığı yalnız həzm sistemi ilə deyil, bütün bədən mexanizmi ilə birbaşa bağlıdır. Qaraciyəri "bədənin enerji mərkəzi və təmizlikçi işçisi" kimi təsvir edən Dr. Portakal belə deyir:

"Qaraciyər, bərpa qabiliyyəti ən yüksək orqanımızdır, lakin bu qabiliyyət limitsiz deyil. Yanlış qidalanma (xüsusilə yüksək fruktozlu qarğıdalı şərbəti və trans yağlar) və ‘təbii’ hesab edilərək nəzarətsiz istifadə edilən bitki qarışıqları, dərman və əlavələr qaraciyər hüceyrələrində yağ yığılmasına (steatoz) səbəb olur. İnteqrativ tibb perspektivindən baxdıqda, qaraciyərdəki bu yük yalnız qaraciyəri deyil, xroniki yorğunluqdan oynaqlarda ağrılara, dəri problemlərindən immunitet zəifliyinə qədər bütün sistemi təsir edə bilər".

Xəstəliyin 4 kritik dərəcəsi

Dr. Mehmet Portakal xəstəliyin irəliləməsini və bədəndə yaratdığı ziyanı 4 mərhələdə təsnif edir:

* 1-ci dərəcə (Sadə yağlanma): Qaraciyər hüceyrələrində az miqdarda yağ yığılır. Adətən simptom vermir, həyat tərzi dəyişiklikləri ilə tamamilə geri dönə bilər.

* 2-ci dərəcə (Alkoqolsuz steatohepatit - NASH): Yağlanmaya iltihab qoşulur. Qaraciyər toxuması zədələnməyə başlayır.

* 3-cü dərəcə (Fibrozis): Davamlı iltihab səbəbindən qaraciyərdə sərtləşmə və çapıq toxuması əmələ gəlir. Funksiya itkiləri nəzərə çarpır.

4. 4-cü dərəcə (Siroz): Qaraciyər toxumasının böyük hissəsi çapıq toxumasına çevrilib. Bu mərhələ geri dönüşü çətin, həyati risk daşıyan son mərhələdir.

Bədənin verdiyi siqnalları yüngül saymayın!

Qaraciyər yağlanmasının adətən "səssiz" irəlilədiyini bildirən Dr. Portakal, diqqət yetirilməsi lazım olan simptomları belə sıralayır:

* Keçməyən yorğunluq və halsızlıq: Səhərlər yataqdan qalxmaqda çətinlik və xroniki enerji düşüklüyü.

* Sağ üst qarın bölgəsində dolğunluq: Qaraciyərin böyüməsinə bağlı olaraq sağ qabırğa altında hiss edilən küt ağrı və ya təzyiq.

* Dəri dəyişiklikləri: Dəridə qaşınma, sızanaq, göz ağlarında azacıq saralma və ya ovuc içlərində qızartı.

* Metabolik problemlər: Sürətli çəki artımı, qarın bölgəsində yağlanma və insulin müqaviməti.

Qaraciyərinizi qorumaq sizin əlinizdədir!

Dr. Mehmet Portakal bildirir ki, qaraciyər yağlanmasının qarşısı alınabilir; fərdi qidalanma planları, düzgün planlaşdırılmış fiziki aktivlik və həkim nəzarətində tətbiq olunan bütüncül detoks metodları ilə qaraciyər sağlamlığı qoruna bilər:

"Şüursuz istifadə edilən hər bir dərman və hər yanlış qida, qaraciyəriniz üçün əlavə yükdür. Qaraciyəriniz sağlamlığını bərpa etdikdə, enerjiniz və həyat keyfiyyətiniz artacaq".

Qaraciyəri dəstəkləyən təbiət yolu

Dr. Mehmet Portakal qeyd edir ki, qaraciyəri qorumaq üçün yalnız zərərli qidalardan qaçmaq kifayət deyil, onu dəstəkləmək lazımdır. Phase I və Phase II detoksifikasiya yollarını dəstəkləmək üçün enginar, dəvə dikəni və zərdəçal kimi bitki dəstəkləri, həmçinin evdə hazırlanan xüsusi qarışıq tövsiyə edir.

Tərkibi:

* 1 ədəd orta boy qırmızı çuğundur (kiçik doğranmış)
* 1 ədəd yerkökü (kiçik doğranmış)
* Bir ovuc təzə cəfəri
* 1 ədəd limonun suyu
* 1 çay qaşığı toz zəncəfil
* 1 stəkan içməli su
* 1 çay qaşığı bal (istəyə bağlı)

Hazırlanması:

* Bütün tərkibləri (çuğundur, yerkökü, cəfəri, limon suyu, zəncəfil və bal) blenderə qoyun.
* Üzərinə stəkan su əlavə edin.
* Hamar bir konsistensiya əldə edilənə qədər qarışdırın.
* İstəyə bağlı olaraq bir çay qaşığı təbii bal əlavə edin.

İstifadə qaydası: Bu qarışığı səhərlər aç qarına və ya gün ərzində enerji lazım olduqda təzə olaraq içmək tövsiyə olunur. 3-4 gün davamlı istifadədə qaraciyərin yüngülləşdiyini və dərinizin parladığını hiss edəcəksiniz.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 793   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.