Fransız və yapon qadınları niyə zərif şəkildə qocalırlar? - Sadə vərdiş

Fransız və yapon qadınları niyə zərif şəkildə qocalırlar? - Sadə vərdişFransız və yapon qadınlarının zərif və sağlam şəkildə yaşlanmasının sirri xüsusi kosmetik vasitələrdə və ya genetik üstünlükdə deyil. Mütəxəssislər bildirirlər ki, əsas amil onların qidalanma mədəniyyəti şüurlu və ölçülü yemək vərdişidir.

Lent.az xəbər verir ki, bu ölkələrdə qadınlar yeməyə tələsmir, porsiyalara nəzarət edir və qidanın keyfiyyətinə üstünlük verirlər.

Araşdırmalar göstərir ki, şüurlu qidalanan insanlar təxminən 30 faiz daha az kalori qəbul edir və yeməkdən daha çox məmnun qalırlar. Bu isə piylənmənin azalmasına, həzmin yaxşılaşmasına və daha sağlam qocalmaya şərait yaradır.

Keyfiyyət rahatlıqdan önəmlidir
Fransa və Yaponiyada üstünlük təzə və təbii məhsullara verilir. Əhali mövsümi məhsullar alır, bazarlara üstünlük verir və evdə yemək bişirməyə daha çox vaxt ayırır. Tədqiqatlara əsasən, həftədə ən azı beş dəfə evdə yemək hazırlayan qadınlarda iltihab göstəriciləri daha aşağı olur. Bu isə yaşlanma prosesinin ləngiməsi ilə əlaqələndirilir.

Sosial yemək mədəniyyəti
Hər iki ölkədə yemək yalnız fiziki ehtiyac deyil, həm də sosial hadisə sayılır. Ailələr bir masa arxasında toplaşır, dostlar birlikdə vaxt keçirir. Psixoloqlar qeyd edirlər ki, birgə yemək beyində fərqli neyron əlaqələri aktivləşdirir. İnsanlar bu zaman daha yavaş yeyir, qidanı yaxşı çeynəyir və daha az porsiya ilə kifayətlənirlər.

Aclıq hissinə qulaq asmaq
Fransız qadınlar tez-tez qəlyanaltı etmirlər. Onlar doyurucu yemək yeyir və növbəti real aclıq hissinə qədər fasilə verirlər. Yaponiyada isə "hara hachi bu" prinsipi tətbiq olunur, yəni insan özünü 80 faiz doymuş hiss edənədək yemək yeyir.

Mütəxəssislər bildirirlər ki, bu yanaşma xroniki iltihabı və oksidləşdirici stressi azaldır. Bu iki faktor isə yaşlanmanın əsas səbəblərindən hesab olunur. Aparılan araşdırmalar intuitiv qidalanan qadınlarda stress hormonu olan kortizolun daha aşağı səviyyədə olduğunu və metabolik sağlamlığın daha yaxşı olduğunu göstərir.

Günahkarlıq hissi olmadan zövq
Fransız və yapon qadınlar şirniyyatdan və sevdikləri yeməklərdən tam imtina etmirlər. Onlar şokolad və desertdən həzz alırlar, lakin bunu kiçik porsiyalarla və şüurlu şəkildə edirlər. Bu yanaşma həddindən artıq yemək sonra məhdudlaşdırma dövrünün qarşısını alır.

Mütəxəssislər vurğulayırlar ki, davamlı günahkarlıq və stress hissi orqanizmdə iltihabi reaksiyaları gücləndirə bilər. Bu isə həm sağlamlıqda, həm də xarici görünüşdə özünü göstərir.

Araşdırmalar göstərir ki, yeməyə dəyər verilən, qidalanma vaxtına hörmət olunan mədəniyyətlərdə depressiya, narahatlıq və yaşla bağlı idrak zəifləməsi daha aşağı səviyyədə olur.

Beləliklə, ekspertlər hesab edirlər ki, zərif qocalmanın sirri mürəkkəb deyil. Əsas məqam şüurlu qidalanma, keyfiyyətli məhsul seçimi, sosial ünsiyyət və öz orqanizminin siqnallarına diqqət yetirməkdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 748   Tarix: 01 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

I Nikolayın qızının cehizi bu qiymətə satıldı

Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb. Axşam.az xəbər verir ki, bu barədə hərrac evi "Aguttes"in rəsmi saytında məlumat verilib. Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağ

14.11.2026 279
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 510
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15.11.2026 444
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14.11.2026 256
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15.11.2026 261
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

11.11.2026 1299
.

2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı

Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə

14.11.2026 305
.

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin

15.11.2026 300
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15.11.2026 264
.