Ürək xərçəngi niyə bu qədər nadirdir?

Ürək xərçəngi niyə bu qədər nadirdir?Bədənin demək olar ki, hər nahiyəsində rast gəlinə bilən xərçəng hüceyrələri niyə ürəyə təsir etmir? Tibb dünyasının illərdir diqqət yetirdiyi bu sualın arxasında ürək hüceyrələrinin bölünmə sürəti ilə bağlı diqqətçəkən bir detal dayanır.

Qaynarinfo xəbər verir ki, orqanizmdə ağciyər, süd vəzi və ya yoğun bağırsaq xərçəngi kimi növlər geniş yayılıb və hər il milyonlarla insana təsir edir. Lakin ürək xərçəngi haqqında demək olar ki, eşidilmir. "Niyə hər orqanın xərçəngi var, amma ürəyin yoxdur?" sualı həm sosial şəbəkələrdə, həm də tibbi müzakirələrdə tez-tez gündəmə gəlir.

Xərçəng nəzarətsiz hüceyrə bölünməsi nəticəsində yaranır. Hüceyrə nə qədər tez-tez bölünərsə, DNT-nin köçürülməsi zamanı səhv ehtimalı bir o qədər artır və bu səhv şişə çevrilə bilər. Ürəyin əsas üstünlüyü məhz burada ortaya çıxır. İnsan orqanizmindəki bir çox toxumadan fərqli olaraq, ürək hüceyrələri doğuşdan qısa müddət sonra bölünmə prosesini demək olar ki, tam dayandırır.

Hüceyrə bölünməsinin dayanması - ürəyin müdafiə xətti

Ürək embrional inkişaf mərhələsində ən erkən fəaliyyətə başlayan orqanlardan biridir. Lakin yetkin insanın ürəyində, təxminən 20 yaşdan sonra hüceyrə bölünməsi demək olar ki, tamamilə dayanır. Həyat boyu qan pompalayan ürək hüceyrələrinin yarıdan çoxu doğulduğumuz gündən qalma hüceyrələrdir.

Bölünmə baş vermədikdə DNT-nin kopyalanması da olmur və səhv riski minimuma enir. Bu isə ürəyi xərçəngə qarşı təbii qoruyucu mexanizmlə təmin edir. Mütəxəssislər hesab edirlər ki, ürək toxumasının aşağı yenilənmə sürəti onun xərçəngə qarşı əsas müdafiə xəttidir.

Bu, ürəkdə heç vaxt şiş əmələ gəlmədiyi anlamına gəlmir. Sadəcə belə hallar son dərəcə nadirdir. Statistik göstəricilərə görə, ilkin ürək şişlərinin rastgəlmə tezliyi on mində bir səviyyəsindədir və bu nadir halların da yalnız kiçik bir hissəsi bədxassəlidir.

Kardioloq peşə fəaliyyəti boyunca minlərlə xəstəyə baxsa da, birbaşa ürəkdən qaynaqlanan xərçəng hadisəsi ilə cəmi bir neçə dəfə qarşılaşa bilər. Əksər hallarda ürəkdə aşkarlanan xərçəng ocaqları başqa orqanlardan - məsələn, ağciyər və ya süd vəzi xərçəngindən - metastaz nəticəsində yaranır.

Təəssüf ki, ürək xərçəngi diaqnozu qoyulduqda xəstəlik adətən ağır gedişata malik olur. Ürəkdəki bədxassəli şişlər aqressiv xarakter daşıyır və kimyaterapiyaya baxmayaraq sağ qalma ehtimalı aşağı olur. Bu səbəbdən tibb elmi daha çox geniş yayılmış və erkən diaqnostika ilə müalicə oluna bilən xərçəng növlərinə fokuslanır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1004   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.