Çayla qəhvənin insult və infarkt riskinə təsiri: Alimlərdən təəccübləndirən kəşf

Çayla qəhvənin insult və infarkt riskinə təsiri: Alimlərdən təəccübləndirən kəşfQəhvə və çay dünyanın ən populyar içkiləridir. Alimlər onların sağlamlığa faydalarını aktiv şəkildə araşdırır - qəhvənin uzunömürlülüyə təsirindən tutmuş çayın iltihabı azaltma qabiliyyətinə qədər. İndi bu siyahıya alimlər yeni bir üstünlük əlavə ediblər: qəhvə və çay ürək-damar xəstəlikləri riskini, həmçinin 2-ci tip diabet və ya insult inkişafı ehtimalını azalda bilər.

Qaynarinfo xəbər verir ki, "The Journal of Clinical Endocrinology & Metabolism" jurnalında dərc olunan araşdırma 37-73 yaş arası 188 min insanın qəhvə və çay istehlak vərdişlərini təhlil edib. İştirakçılar 24 saat ərzində içdikləri içkilər barədə anket doldurublar.

Bu qrupdan tədqiqatçılar təxminən 172 min nəfərin cavablarını seçiblər, çünki onlar kofeinli qəhvə və ya çay içdiklərini bildiriblər. Araşdırmanın əvvəlində heç kimdə kardiometabolik xəstəliklər yox idi (bu termin ən azı üç vəziyyətdən ikisinin mövcudluğunu nəzərdə tutur: 2-ci tip diabet, iskemik ürək xəstəliyi və insult).

Təxminən 12 il sonra iştirakçılar yenidən müayinə olunub. Məlum olub ki, gündə iki-üç stəkan qəhvə və ya üç stəkana qədər çay içmək kardiometabolik sağlamlıq üçün optimaldır. Gündə təxminən 200-300 milliqram kofein qəbul edən insanlar, gündə 100 mq-dan az kofein qəbul edənlərlə müqayisədə, kardiometabolik xəstəliklərin inkişaf riski daha aşağı olub.

Alimlərin sözlərinə görə, ən aşağı risk - təxminən 50% - qəhvə içənlərdə müşahidə olunub. 200-300 mq kofeini çaydan və ya hər iki içkinin kombinasiyasından alanlarda isə risk təxminən 40% azalıb. Yalnız çay içənlərdə ən faydalı hədd gündə üç stəkana qədərdir, bundan artıq istehlak faydanı azaldır.

Daha da maraqlısı, araşdırma göstərib ki, gündə 400 mq-dan çox kofein qəbul edənlərdə (bu yalnız kofein istifadə edən iştirakçıların 4%-i) stimulyator kardiometabolik sağlamlığa mənfi təsir göstərməyib.

Qəhvə və çayın sağlamlığa təsiri

Tib doktoru, preventiv kardioloq Adedapo İlujomade bildirir ki, kofeinli qəhvə və çay hüceyrələri zədələnmədən qoruyan, xüsusilə antioksidant maddələr ehtiva edir:

"Qəhvə və çay qlükozanın orqanizm tərəfindən emalını yaxşılaşdıra, iltihabı azalda və damar sağlamlığını dəstəkləyə bilər ki, bu da 2-ci tip diabet, ürək xəstəlikləri və insult kimi vəziyyətlərin qarşısını almağa kömək edir".

Kardioloq qeyd edib ki, bu içkilərin mülayim istehlakı bədənə zərərli təsirləri azaldır, ümumi sağlamlığı yaxşılaşdırır və göstərilən xəstəliklərin riskini azaldır.

İlujomade vurğulayıb ki, qəhvə və çay hər ikisi kardiometabolik riskləri azaldır, lakin fərqli yollarla təsir göstərir:

* Qəhvə qan şəkərinin səviyyəsini daha effektiv idarə edir.
* Çay, xüsusən yaşıl çay, damar funksiyasını yaxşılaşdırır və qan təzyiqini aşağı salır.

Bu, müxtəlif tip antioksidantların unikal xüsusiyyətləri ilə izah olunur: qəhvə daha yüksək xlorogen turşuları, çay isə flavonoidlər, xüsusən katexinlərlə zəngindir.

Araşdırma kofeinli içkilərə fokuslanıb. Lakin mütəxəssislər bildirirlər ki, kofeinsiz qəhvə və çay da çoxlu faydalı polifenol və antioksidantlar ehtiva edir.

"Bundan əlavə, kofein özlüyündə maddələr mübadiləsini sürətləndirə və şəkərin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edə bilər", deyə İlujomade əlavə edib və bildirib ki, kofeinə həssaslığı yüksək olanlar üçün kofeinsiz variantlar daha uyğundur.

Kardioloqun sözlərinə görə, digər kofeinli içkilər eyni üstünlüklərə malik olmaya bilər. Enerji içkilərində kofein var, lakin onlar tez-tez yüksək şəkər və süni əlavələr ehtiva edir ki, bu da ürəyə mənfi təsir göstərə bilər.

"Qəhvə və çay təbii faydalı birləşmələrlə zəngindirsə, enerji içkiləri bu üstünlüklərə malik deyil və hipertoniya riskini artıra bilər. Buna görə təbii kofein mənbələrini və emal olunmuş enerji içkilərini ayırmaq vacibdir", deyə o izah edib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 747   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.