Qanında kokain tapılan məşhuryenidən test tələb etdi
İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı təhqiqat çərçivəsində saxlanılan "Reynmen" ləqəbli bloqer Yusuf Aktaşın narkotik testi ilə bağlı yaranan qalmaqal yeni detallarla davam edir.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, keçirilən əməliyyat zamanı Aktaşdan alınan qan, saç və dırnaq nümunələrində ilkin olaraq qadağan olunmuş maddələr aşkar edilsə də, bloqer bu nəticələrlə razılaşmayaraq dərhal hüquqi müstəvidə etiraz prosedurlarına başlayıb.
Məsələ ilə bağlı ictimaiyyətə açıqlama verən Yusuf Aktaş, elmi metodlarla aparılacaq müstəqil və təsdiqedici analizlərin həqiqəti üzə çıxaracağına inandığını bildirmişdi. O, rəsmi qurumların qiymətləndirməsini gözləməyin vacibliyini vurğulayaraq, reytinq xatirinə yayılan əsassız xəbərlərə etibar edilməməsini xahiş etmişdi.
Bloqerin tələbi ilə həm Türkiyədə, həm də xaricdə yenidən həyata keçirilən təkrar analizlərin nəticələri artıq məlum olub. Məhkəmə Tibb İnstitutu ilə ekvivalent olan laboratoriyadan aldığı mənfi nəticələri paylaşan Reynmen, günahsızlığının sübut olunduğunu elan edib. Hadisədən sonra video-müraciət yayımlayan Aktaş, bu cür xoşagəlməz bir mövzu ilə gündəmə gəldiyi üçün izləyicilərindən üzr istəyərək, artıq öz həqiqətinin ortaya çıxdığını və bu prosesin geridə qaldığını qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Netanyahuya qarşı məhkəmə yenidən başlayır
Binyamin Netanyahuya qarşı cinayət işi üzrə məhkəmə dinləmələri ABŞ-İsrail əməliyyatının başlaması səbəbindən yaranan fasilədən sonra, 12 aprel tarixində yenidən başlayacaq. xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb. Məlumata görə, dinləmələr əvvəlki qaydada keçiriləcək: bazar günlər
11:49 232 Heç vaxt bəxti gətirməyən qadın 1 milyon dollar uddu
ABŞ-da Miçiqan lotereyasının Lotto 47 tirajlarının daimi iştirakçısı 1,1 milyon dollar udub. xarici mediaya istinadla bildirir ki, 65 yaşlı qalib lotereya başladığı vaxtdan bəri heç bir tirajı qaçırmayıb. O, onilliklər ərzində həftədə iki dəfə Lotto 47 biletləri alıb və uzun illər uğursuzluqlardan sonr
09.04.2026 497 "İldə iki-üç dəfə çıxış edib pulunu alır" - Qalmaqala aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafında qalmaqallar bir neçə gündür səngimək bilmir. Bir çox əməkdaş işdən çıxarıldığını, bəziləri qonorar almadığını deyərək, şikayət dolu paylaşımlar edib. Axşam.az-ın məlumatına görə, teatrın direktoru, Xalq artisti Yusif Eyvazo
16:09 119 Provayderlərə qayda var, mobil operatorlara yox: bazarda ikili standart? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA
Azərbaycanda internet telekommunikasiya sahəsində yeni qaydaların tətbiqi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, internet provayderləri və operatorlar üçün yeni tələblər müəyyən olunur, onların fəaliyyətinin daha şəffaf və nəzarətli şəkildə həyata keçirilməs
15:26 149 Macarıstan NATO-dan çıxır?
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib. xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının rəhbəri Gergey Quyaş məlumat yayıb. O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 7-8 apre
09.04.2026 459 Zaxarovadan Ermənistana mesaj: "Bu, sadəcə emosiyadır"
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi-dən çıxması ilə bağlı səsləndirilən fikirlər Ermənistan cəmiyyəti tərəfindən qiymətləndirilməlidir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi-nin rəsmi nümayəndəsi Mariya Zaxarov
11:02 213 Yusuf Güney də SAXLANILDI
Məşhur müğənni Yusuf Güney rəqəmsal platformaların birində yayımlanan proqramdakı çıxışı zamanı qadağan olunmuş maddələrin istifadəsini təşviq etdiyi üçün İstanbulda saxlanılıb. yerli mediaya istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilə
09.04.2026 662 Rusiya Ukraynanı bombaladı
Son 24 saat və ümumilikdə cəbhə xətti ilə bağlı son məlumatlara görə Rusiya-Ukrayna müharibəsində döyüşlər bir neçə əsas istiqamətdə davam edir:. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Donetsk və ətraf bölgələrdə ağır artilleriya və piyada döyüşləri qeydə alınıb, tərəflər mövqelərini qorumağa və bəz
16:27 91 Rusiya 1000, Ukrayna isə 41 cəsəd verdi
Rusiya Ukraynaya 100 əsgərin cəsədini, Ukrayna tərəfi isə 41 rus hərbçisinin cəsədini təhvil verib. xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev deyib
09.04.2026 515