Bakı və Brüssel münasibətləri yeni mərhələyə qədəm qoyub

Bakı və Brüssel münasibətləri yeni mərhələyə qədəm qoyubPrezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi günü-gündən güclənir, dünyanın aparıcı dövlətləri Azərbaycanla münasibətlərin genişlənməsində maraqlıdır. Xüsusilə Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.
Qeyd edilməlidir ki, bu gün Avropada yaranan enerji böhranı ölkəmizə olan marağı çox artırıb. Hazırda Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm rol oynayır. Bu əlaqələrin genişlənməsi işində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər həm regionda hökm sürən gərgin vəziyyət, həm Ermənistanla sülh prosesi, həm də ümumi mənada bir çox baxımdan diqqət çəkdi.
Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti kimi Azərbaycana ilk rəsmi səfəri idi. Bu səfər Bakı-Brüssel münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Regionda mürəkkəb geosiyasi proseslər davam edir. Xüsusilə ABŞ və İsrailin İrana hücumu, rəsmi Tehranın cavab zərbələri enerji bazarlarında ciddi qeyri-müəyyənlik yaradıb. Belə bir dövrdə baş tutan bu səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji mahiyyətini bir daha ortaya qoydu.
Məlumdur ki, Azərbaycan son illər Avropa üçün yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaşlardan birinə çevrilib. Üstəlik, bu detal konkret rəqəmlərdə də özünü əks etdirir. Prezident İlham Əliyev də mətbuata bəyanatında bu reallığı ifadə etdi. Dövlət başçısı bildirdi ki, bu ilin yanvarında ölkəmizin ticari dövriyyəsinin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Prezident Avropa İttifaqını Azərbaycan üçün bir nömrəli ticari tərəfdaş adlandırıb. Bu göstərici Bakı ilə Brüssel arasında iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı maraqların güclü olduğunu göstərir.
Enerji əməkdaşlığı isə bu münasibətlərin əsas sütunu olaraq qalır. Prezidentin də dediyi kimi, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Bu fakt ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu təsdiqləyir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji mənbələrinin şaxələndirilməsinə çalışır. Bu kontekstdə Azərbaycan qazı strateji əhəmiyyət qazanıb. Bunu artıq Avropa tərəfi də açıq şəkildə etiraf edir. Antonio Koşta çıxışı zamanı Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq artıq bir neçə strateji sahəni əhatə edir: "Bugünkü görüş təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir."
Koşta enerji məsələsinə ayrıca diqqət çəkərək qeyd edib ki, Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm rol oynayır. Bu isə faktiki olaraq Azərbaycanın Avropanın enerji strategiyasının əsas elementlərindən birinə çevrildiyini göstərir.
Antonio Koştanın Bakıya səfəri bir daha sübut etdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq təkcə diplomatik əlaqələr səviyyəsində deyil. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi, ticarət, nəqliyyat dəhlizləri və regional sabitlik kimi bir neçə strateji istiqaməti əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Mövcud geosiyasi şəraitdə isə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır.
Səfərin mühüm istiqamətlərindən biri də regional təhlükəsizlik məsələləri idi. Xüsusilə İranın Naxçıvana endirdiyi zərbə fonunda Bakı ilə Brüssel arasında siyasi dialoq və həmrəylik diqqət çəkdi. Aydın şəkildə hiss olunur ki, Aİ regionda gərginliyin artmasından və bunun Azərbaycana sıçramasından ciddi narahatdır. Təsadüfi deyil ki, Antonio Koşta çıxışında İran tərəfindən Naxçıvan hava limanına edilən hücumu qəti şəkildə pislədi və bu hadisənin regional sabitlik üçün ciddi təhlükə yaratdığını bildirdi.
Digər tərəfdən, diqqət çəkən məqamlardan biri də Azərbaycanın bu hadisəyə münasibətdə nümayiş etdirdiyi təmkinli və ölçülü yanaşma oldu. Prezident İlham Əliyev görüş zamanı regionda təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu qeyd edərək vurğuladı ki, Azərbaycan gərginliyin daha da artmasında maraqlı deyil və əsas prioritet regional sabitliyin qorunmasıdır. Əslində, bu, Bakının hadisəyə emosional deyil, strateji baxışla yanaşdığını göstərir.
Antonio Koştanın Bakıya səfəri göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Regional təhlükəsizlik məsələləri də bu tərəfdaşlığın mühüm elementinə çevrilib. İranla bağlı gərginlik fonunda Avropa İttifaqının Bakıya verdiyi siyasi dəstək və Azərbaycanın təmkinli mövqeyi tərəflər arasında strateji koordinasiyanın getdikcə gücləndiyini göstərir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 981   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 226
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

11:15 127
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 105
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 207
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 176
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 185
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

03.10.2026 267
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

00:29 239
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 259
.