Alimlər insanın bioloji yaşını ölçən yeni üsulu açıqladılar
Hazırda tədqiqatçılar müxtəlif biomarkerlərdən istifadə edərək telomer, metabolom və klinik qocalma saatlarını müəyyən ediblər. Onların arasında ən etibarlısı "DunedinPACE" modeli kimi tanınan epigenetik saatlar hesab olunur.
Oxu.Az bildirir ki, bu barədə "gazeta.ru"ya AIRI İnstitutunun "Tibbdə güclü süni intellekt" laboratoriyasının biomarker tədqiqat qrupunun rəhbəri, həmçinin Skoltech Molekulyar və Hüceyrə Biologiyası Mərkəzinin (Rusiya) kiçik elmi işçisi Dmitri Kryukov danışıb.
Bioloji saatlar kimi də tanınan qocalma saatları müxtəlif biomarkerlərə əsaslanaraq insanın bioloji yaşını müəyyən etməyə imkan verən alətlərdir. İnsanın bioloji yaşı onun rəsmi sənədlərdə göstərilən (pasport) yaşından həm az, həm də çox ola bilər.
"Məsələn, hüceyrələrin hər bölünməsi zamanı qısalan xromosom uclarındakı qoruyucu telomerlərin uzunluğunu ölçən telomer saatları erkən qocalma nəzəriyyəsinə əsaslanır. Transkriptomik saatlar ayrı-ayrı genlərin aktivliyini araşdırır, proteomik və metabolomik modellər isə bədən qocaldıqca tərkibi dəyişən qandakı minlərlə zülal və metabolitin miqdarını qiymətləndirir. Klinik saatlar isə xüsusi praktik əhəmiyyətə malikdir. Bu metod ümumi qan, sidik və biokimyəvi analizlər kimi standart biomarkerlərə əsaslanır", - deyə Kryukov bildirib.
Ekspertin sözlərinə görə, epigenetik saatlar DNT-nin metilləşmə sxemlərindəki dəyişiklikləri qiymətləndirir. Bu proses zamanı metil qrupları DNT molekulunun müəyyən hissələrinə birləşir. Bu halda genlərin ardıcıllığı dəyişməsə də, onların fəaliyyəti tənzimlənir.
"Bu tip saatlar hazırda əsasən bioloji yaşı deyil, insanın pasport yaşını yüksək dəqiqliklə müəyyən etmək üçün istifadə edilən ən populyar metodlardan biridir. İnsan yaşlandıqca metilləşmə modeli sabit və proqnozlaşdırıla bilən şəkildə dəyişir. Tədqiqatçılar minlərlə nümunəni analiz etmək üçün maşın öyrənməsi texnologiyalarından istifadə edərək yaşla birbaşa əlaqəli əsas DNT seqmentlərini müəyyən ediblər. Qan və ya sidik nümunələrində həmin seqmentlərin vəziyyətini təhlil edən xüsusi alqoritm fərdin yaşını müəyyən edə bilir", - deyə mütəxəssis qeyd edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 604 Tarix: 15 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055