İmtahan stresi necə aradan qaldırılır? Effektiv üsullar - PSİXOLOQDAN AÇIQLAMA

İmtahan stresi necə aradan qaldırılır? Effektiv üsullar - PSİXOLOQDAN AÇIQLAMAİmtahan dövrü bir çox şagird və tələbə üçün yalnız bilik yoxlanışı deyil, həm də ciddi psixoloji təzyiq mərhələsidir. Yüksək gözləntilər, vaxt məhdudiyyəti, uğursuzluq qorxusu və nəticə narahatlığı stress səviyyəsini artıraraq diqqətin yayınmasına və performansın zəifləməsinə səbəb ola bilər. Xüsusilə buraxılış və qəbul imtahanları kimi mühüm mərhələlərdə psixoloji gərginlik daha da güclənir. Bu səbəbdən imtahan öncəsi və imtahan zamanı yaranan stressin düzgün idarə edilməsi həm nəticəyə, həm də ümumi psixoloji sağlamlığa müsbət təsir göstərir.
İmtahan stresi necə aradan qaldırılır? Effektiv üsullar - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, stress əslində başqalarının yaratdığı hissdir. Onun sözlərinə görə, insan özü özündən stresə düşmür: "Ətrafda baş verən hər hansısa hadisə və ya söz, insan düşüncəsindən hansı şəkildə filtr olunursa , ona uyğun hiss yaradır. Stress gərginlik, qorxu, təhlükə hisslərinin toplusudur. İmtahan məsələsinə də gəlincə, illər öncə şagird və tələbələrdə imtahan stresinə az hallarda rast gəlinirdi. Çünki təhsil motivasiya mənbəyi idi. Müasir cəmiyyətimizdə yeniyetmələrin beyni imtahanı çox vaxt "təhlükə" kimi qəbul edir və buna görə həyəcan, qorxu və gərginlik yaranır.

Səbəb yanlış düşüncə tərzidir. Bu gün imtahana hazırlaşan abituriyent düşünür ki, "əgər bu imtahanı yaxşı verməsəm, hər şey bitdi". Bu yanaşma psixologiyada Koqnitiv davranış terapiyası prinsiplərinə əsaslanır. Yəni düşüncəni dəyişmək emosiyanı da dəyişir. Əsas məsələ mükəmməl olmağı istəməmək. 100% bilmək lazım deyil, yetərincə yaxşı bilmək kifayətdir. Beyni dincəltmək vacibdir. Yaxşı yuxu, qısa gəzinti, telefon və sosial şəbəkədən bir az uzaqlaşmaq, yaddaşı gücləndirir və stressi azaldır. İnsan hədəfləri üçün səy göstərməlidir, amma özünü qurban verməli deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 16 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - VACİB DETALLAR AÇIQLANDI

Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtında

00:09 104
.

Atasının maşında unutduğu uşaq istidən ölüb

ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub. Bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib. "Oğlanın atası on

04.07.2026 120
.

İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO

Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta

04.07.2026 577
.

Tramp: "Xameneinin vida mərasimi ilə əlaqədar İranla danışıqlara bir həftə fasilə verdik"

ABŞ Prezidenti Donald Tramp Əli Xameneinin vida mərasimi ilə əlaqədar İranla aparılan danışıqlarda bir həftə fasilə elan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Onlar razılığa gəlmək üçün can atırlar. Çarəsiz şəkildə razılaşmaq istəyirlər. Vida mərasimi səbəbindən onlara bir həftə vax

04.07.2026 131
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub

04.07.2026 278
.

Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir

Azərbaycan və Özbəkistan parlamentləri parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində iş aparır, tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. "Report" Özbəkistan Senatına istinadən xəbər verir ki, bu məsələ Ali Məclis Senatının sədri Tənzil

04.07.2026 178
.

"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı

04.07.2026 174
.

XƏBƏRDARLIQ: Bakıya doğru gəlir - ELƏ İSTİLƏR OLACAQ Kİ...

Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsind

00:07 113
.

Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda

04.07.2026 167
.

TOP MP3