Gecə "otaqda kimsə var" hissi niyə yaranır? - Maraqlı səbəb
Arxası üstə yatmaq yuxu iflicinin yaranma ehtimalını artıra bilər. Bu zaman insan şüurlu olsa da, hərəkət edə və danışa bilmir.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında nevroloq Mariya Lavrenova bildirib.
Onun sözlərinə görə, yuxu iflici şüurla hərəkət arasında qısamüddətli uyğunsuzluq nəticəsində yaranır. Sürətli yuxu mərhələsində (REM fazası) beyin müvəqqəti olaraq əzələlərin tonusunu azaldır. Lakin bəzi hallarda bu mexanizm pozulur və insan oyanmasına baxmayaraq, bədəni hərəkət etdirə bilmir.
"Əgər sürətli yuxudan çıxış uzanarsa, insan reallıqla yuxu arasında qalır. Bu zaman hallüsinasiyalar və otaqda kiminsə olması hissi yarana bilər. Belə hallar daha çox arxası üstə yatarkən müşahidə olunur", - deyə həkim qeyd edib.
Bəzi araşdırmalar göstərir ki, arxası üstə yatmaq boğaz və dil əzələlərinin boşalması səbəbindən tənəffüs yollarının qismən tutulmasına gətirib çıxara bilər. Bu isə xoruldama və gecə apnesinə səbəb olur və bəzi hallarda yuxu iflicini tətikləyə bilər.
Həkim əlavə edib ki, yuxu iflicinin əsas səbəblərindən biri stres hormonu olan kortizolun səviyyəsinin artmasıdır. Bu hormonun dəyişməsi yuxunun strukturunu poza bilər.
Onun sözlərinə görə, gündə 7-9 saat yatmaq, sabit yuxu rejiminə riayət etmək və yatmazdan bir saat əvvəl telefondan istifadə etməmək əksər hallarda problemi aradan qaldırmağa kömək edir. Həmçinin günortadan sonra kofein qəbulunun azaldılması tövsiyə olunur, çünki bu maddə sinir sistemini həddindən artıq stimullaşdırır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1133 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 461 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 604 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 508 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1077 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 304 İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 619 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 742 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
05.11.2026 646 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 482