Novruz bayramında necə qidalanaq?

Novruz bayramında necə qidalanaq?Novruz süfrəsi, adətən, müxtəlif yeməklər və şirniyyatlarla zəngin olur. Bu bolluq bayramın gözəlliyini artırsa da, qidalanmaya diqqət yetirmədikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də bayram günlərində düzgün və balanslı qidalanmaq vacibdir.

"Qafqazinfo" xəbər verir ki, ilk növbədə qidalanma rejiminə riayət etmək tövsiyə olunur.

Gün ərzində 2-3 saatdan bir az miqdarda qida qəbul etmək həm toxluq hissi yaradır, həm də həddindən artıq yeməyin qarşısını alır. Süfrədə olan yeməkləri qarışdırmadan və ölçüyə riayət edərək, yemək mədə-bağırsaq sisteminin yüklənməsinin qarşısını alır.

Bayram günlərində zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balansına diqqət yetirmək lazımdır. Xüsusilə bişmiş yeməklərlə yanaşı, təzə tərəvəz salatlarının süfrədə olması həzmi asanlaşdırır. Tərəvəzlər liflə zəngin olduğu üçün həm toxluq hissini artırır, həm də qidaların daha rahat həzm olunmasına kömək edir. Zülal tərkibli qidalar seçilərkən bir yemək zamanı bir növ zülal mənbəyinə üstünlük verilməsi daha məqsədəuyğundur. Mütəxəssislər bir yemək zamanı üçdən artıq yemək çeşidi qəbul etməməyi və hər birinin miqdarının 2 xörək qaşığını keçməməsini tövsiyə edirlər.

Karbohidratla zəngin və nisbətən ağır həzm olunan qidaları (kartof, lobya, çörək və müxtəlif xəmir məhsulları) ayrıca istehlak etmək daha faydalıdır. Həmçinin qızardılmış yeməklər əvəzinə sobada bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi daha sağlam seçim sayılır. Bu üsul həm yeməyin dadını qoruyur, həm də qidaların faydalı maddələrinin saxlanmasına kömək edir. Balıq yeməklərini isə hazırlandıqdan sonra tez bir zamanda istehlak etmək məsləhətdir.

Bayram süfrələrində tez-tez istifadə olunan mayonez yüksək kalorili məhsuldur. Buna görə mütəxəssislər salat və yeməklərdə mayonez əvəzinə qatıq əsaslı souslardan, xamadan və ya kefirdən istifadə etməyi tövsiyə edirlər. Ev şəraitində hazırlanmış mayonez də daha təhlükəsiz seçim hesab olunur. Eyni zamanda, mayonezli yeməklərin düzgün saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir.

Maye qəbulu da sağlam qidalanmanın vacib hissəsidir. Xüsusilə su orqanizm üçün böyük əhəmiyyət daşıyır və mütəmadi su içmək artıq yeməyin qarşısını almağa kömək edir. Bununla belə, yemək zamanı və dərhal sonra su içmək məsləhət görülmür. Ən yaxşısı suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda qəbul etməkdir.

Yeməyi tələsmədən və asta-asta yemək də vacib qaydalardandır. Çünki doyma siqnalı beyinə təxminən 20 dəqiqə ərzində çatır. Yavaş qidalanma daha tez doyma hissi yaradır və həddindən artıq yeməyin qarşısını alır.

Bayram şirniyyatları - şəkərbura, paxlava və digər şirniyyatlar yüksək kalorili qidalardır. Bu məhsulların tərkibində şəkər, yağ və karbohidrat çox olduğu üçün onların həddindən artıq qəbulu çəki artımına və piylənməyə səbəb ola bilər. Üstəlik, şirniyyatlarla yanaşı meyvə və çərəzlərin də çox miqdarda istehlakı gündəlik kalori qəbulunu artırır.

Qeyd etmək lazımdır ki, bayram günlərində sağlam səhər yeməyi də xüsusi əhəmiyyət daşıyır. Balanslı səhər yeməyi orqanizmə enerji verir, həzm sistemini aktivləşdirir və gün ərzində tox qalmağa kömək edir. Bununla yanaşı, bayram günlərində fiziki aktivliyi artırmaq - gəzinti və hərəkətli fəaliyyətlərlə məşğul olmaq da sağlamlığın qorunması üçün faydalıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 784   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı

Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə

26.09.2026 183
.

Tənhalıq ömrü 6 il qısaldırmış

Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd

24.09.2026 254
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

20.09.2026 333
.

Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi

ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla

27.09.2026 156
.

Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya

"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond

27.09.2026 323
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 345
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 258
.

Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?

Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo

20.09.2026 281
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27.09.2026 292
.