Bu rekorda tibb dünyası hələ də izah tapmayıb: 69 uşaq doğan qadının HEKAYƏSİ
Tarixdə elə hekayələr var ki, onları eşidəndə inana bilmirsiniz. XVIII əsrdə Rusiyada yaşamış Valentina Vasilievanın həyatı da məhz belə hekayələrdəndir. 27 doğuşda 69 uşaq dünyaya gətirdiyi iddia edilən Vasiliyeva, "Ginnessin Rekordlar Kitabı"na görə tarixdə ən çox uşaq dünyaya gətirən ana kimi qeydə alınıb.
Lent.az xəbər verir ki, onun 16 əkiz, 7 üçəm və 4 dördüz doğduğu bildirilir. Bəs bu qeyri-adi hekayə necə ortaya çıxıb?
Dünya tarixinin ən qeyri-adi ailə hekayələrindən biri Rusiyada yaşamış Valentina Vasiliyevaya aiddir. XVIII əsrdə yaşamış və kəndli ailəsinə mənsub olan Vasiliyevanın həyatı bu gün də bir çox insan üçün inanılması çətin olan rəqəmlərlə xatırlanır.
1707-ci ildə doğulub 1782-ci ildə vəfat edən qadının ümumilikdə 27 dəfə doğuş etdiyi qeyd olunur. Lakin bu doğuşların əksəriyyətində tək yox, 2 və daha çox uşaq dünyaya gəlib. Bu doğuşların nəticəsində o, ümumilikdə 69 uşaq sahibi olub. Diqqətçəkən digər məqam isə dünyaya gələn uşaqların böyük hissəsinin sağ qalmasıdır. Dövrün tibbi şəraiti nəzərə alınarsa, bu vəziyyət olduqca qeyri-adi hesab olunur.
Valentinanın həyat yoldaşı Fyodor Vasiliyev də tarixə düşən bu hekayənin mühüm hissəsidir. Şuya bölgəsində yaşayan fermer Fyodor Vasiliyevin iki dəfə evləndiyi deyilir. Vasiliyev ilk həyat yoldaşı Valentina ilə 69 uşaq sahibi olub, ikinci evliliyindən isə 18 uşağı dünyaya gəlib. Beləliklə, o, ümumilikdə 87 uşağın atası kimi tarixə düşüb. Tarixi mənbələrə görə, bu uşaqların böyük əksəriyyəti yetkinlik yaşına qədər yaşaya bilib.
Valentina Vasiliyeva hadisəsi ilk dəfə 27 fevral 1782-ci ildə Moskvaya göndərilən bir hesabatda qeydə alınıb. Nikolsk monastırı tərəfindən təqdim edilən bu sənəddə Şuya bölgəsində yaşayan Fyodor Vasiliyevin böyük ailəsi ətraflı şəkildə təsvir olunurdu. Daha sonra tarixçi və yazıçı İvan Başutski də 1834-cü ildə dərc etdiyi qeydlərdə bu qeyri-adi ailəni təsdiqləyən məlumatlar paylaşıb.
Vasiliyevanın hekayəsi tibb dünyası baxımından hələ də diqqət çəkən və müzakirə olunan nümunələrdən biri olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1244 Tarix: 29 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018