Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıbBu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 29,9 milyon ABŞ dolları dəyərində 919 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq - 53 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrə 364,5 milyon ABŞ dolları dəyərində 14 min 237 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 27 % və 30 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 183,6 milyon ABŞ dolları dəyərində 4 min 459 ədəd, Qazaxıstana 85,9 milyon ABŞ dolları dəyərində 5 min 422 ədəd, Tacikistana 20,2 milyon ABŞ dolları dəyərində 1 min 250 ədəd, Ermənistana 13,75 milyon ABŞ dolları dəyərində 596 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 510   Tarix: 25 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellektdən istifadə kifayət etmir - Milli AI ekosistemi qurulmalıdır

"Bu gün Azərbaycanda süni intellekt (AI) sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət inkişaf müşahidə olunur. Lakin etiraf etməliyik ki, hazırda biz daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə həl

12:12 118
.

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb. Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzal

11:01 159
.

Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video

Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib. "Əzizim Leyla, səni doğum günün münasibətil

12:45 152
.

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaş

02.07.2026 316
.

"Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi

"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı

02.07.2026 372
.

Bu ölkədə nəm salfetlərin satışı qadağan edilir

Böyük Britaniya plastik lif tərkibli birdəfəlik nəm salfetlərdən imtina etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Mindmegette" nəşri məlumat yayıb. Həm mağazalarda, həm də onlayn satışlara şamil ediləcək qadağa Birləşmiş Krallığın müxtəlif hissələrində mərhələl

02.07.2026 308
.

Çinin addımı dünyaya nümunə olacaq? Azərbaycanda da süni intellekt məktəblərdə məcburi tədris oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Çində orta məktəblərdə süni intellektin tədrisinin məcburi hala gətirilməsi dünyada təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə rəhbərliyi hesab edir ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün şagirdlər hələ məktəb illərindən süni intellekt texnologiyalarını öyrənməl

12:21 134
.

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-2

13:52 0
.

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir

Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri

11:58 147
.

TOP MP3