Başda həddindən artıq diqqət, sonra emosional laqeydlik: Münasibətlərdə gizli dəyişiklik - PSİXOLOQDAN AÇIQLAMA
Toksik münasibətlərin ən çox rast gəlinən və eyni zamanda ən çox gözardı edilən formalarından biri, münasibətin başlanğıcında həddindən artıq diqqət və qayğı göstərilməsi, evlilikdən sonra isə bu davranışın kəskin şəkildə azalmasıdır. İlk mərhələdə tərəfdaşın daimi marağı, mesajlar, diqqət və emosional yaxınlıq insanı münasibətə sürətlə bağlayır və hər şey ideal görünür. Lakin zaman keçdikcə bu intensiv diqqət tədricən yox olur və yerini laqeydlik, emosional uzaqlaşma və bəzən də soyuqluğa verir.
Bu dəyişiklik bir çox hallarda qarşı tərəf üçün gözlənilməz olur və insan özünü dəyərsiz və aldadılmış hiss etməyə başlayır. Nəticədə münasibət əvvəlki balansını itirir və emosional asılılıqla qarışıq gərgin bir vəziyyətə çevrilir. Bu cür davranış dəyişimi insanlarda ciddi suallar yaradır: həddindən artıq başlanğıc diqqəti həqiqi sevginin göstəricisidirmi, yoxsa sonradan yaranacaq emosional boşluğun və laqeydliyin ilkin siqnalıdırmı?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, çünki münasibətin başlanğıcında insanlar bir-birini daha çox idealizə edirlər. Yəni qarşı tərəfi olduğu kimi deyil, öz arzularının prizmasından görürlər. Onun sözlərinə görə, zamanla isə gündəlik həyat,fərqli xarakterlər, gözləntilər və real xüsusiyyətlər ortaya çıxır: "Romantik həyəcan bir qədər azalır və əslində real bir tanışlıq başlayır. Əslində bu, münasibətin bitməsi deyil sadəcə, münasibət xəyal mərhələsindən reallıq mərhələsinə keçir. Psixoloji sağlam insanlar bunu dərk edir və daha dərin tanımağa başlayırlar. Nişan məhz daha yaxın tanıma və düşünmə mərhələsidir.
Amma bizim cəmiyyətdə nədənsə nişan qaytarma sanki boşanma kimi hesab olunur. Bəzən cütlüklərdən biri, yaxud hər ikisi artıq evlənmə mərhələsinə keçmək istəmir amma valideynlərin təzyiqinə məruz qalırlar. "Evlənəndən sonra düzələr" kimi fikirlər artıq keçərli deyil. Bunu artıq anlamaq lazımdır ki, nişan bir sınaq mərhələsidir. Əgər bu dövrdə davamlı soyuma, uzaqlaşma və ya dərin uyğunsuzluq hiss olunursa, bunu görməzdən gəlmək artıq gələcəkdə qurulan ailənin təməlsiz olacağından xəbər verir. Ümumiyyətlə, tanışlığın ilkin mərhələlərində həyəcan, romantika, adrenalin hiss olunan ərəfədə nişan və evlilik qərarları yanlışdır.
Hamı üçün uyğun konkret bir zaman demək çətin olsa da, amma psixoloji baxımdan, ciddi qərarlar vermək üçün adətən ən azı 1 il birlikdə olmaq tövsiyə olunur. Stress zamanı, konflikt zamanı, münasibətin bərpası üçün həlli yolları kimi davranışlar cütlükləri bu müddət ərzində düzgün qərar verməyə istiqamətləndirir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 27 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir" - BƏHRUZ QULİYEV
"ABŞ-ın Müstəqillik Gününün və dövlətçiliyinin 250 illik yubileyi təkcə Amerika xalqı üçün deyil, beynəlxalq münasibətlər sistemi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün ABŞ qlobal siyasətin aparıcı aktorlarından biri olaraq müxtəlif regionlarda təhlükəsizlik, iqtisad
11:25 100 Leyla Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatını
10:36 131 Rusiya neftindən tam imtina edirlər
Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu 2026-cı ilin avqust-sentyabr aylarından etibarən Rusiya mənşəli xam neftin idxalından tam imtina edəcək. xəbər verir ki, bu barədə zavodun sahibi olan "Black Sea Petroleum" (BSP) şirkəti məlumat yayıb. Şirkətin açıqlamasında bildirili
02.07.2026 274 Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı
Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan bloqer İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur. Axşam.az xəbər verir ki, məsəl
10:25 171 Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Kanada 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək. xəbər verir ki, bu barədə "Avroviziya"nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Kanada 2015-ci ildə yarışmaya qoşulan Avstraliyadan sonra "Avroviziya"ya qatılan ilk debütant ölkədir
02.07.2026 304 Ermənistan parlamentinin sədrindən gözlənilməz qərar
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın komandasından ayrıldığını açıqlayıb. xəbər verir ki, o, bu barədə "Armenpress" agentliyinin yayımladığı brifinqdə danışıb. Simonyan bildirib ki, bu məsələ ilə bağlı Baş nazir Nikol Paşinyanla heç bir müzakirə aparmayı
12:00 37 İran və ABŞ arasında dolayı danışıqlar iyulun 18-də davam etdiriləcək
İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi planlaşdırılır. Məlumata görə, danışıqlar yenə vasitəçilərin iştirakı ilə dolayı formatda aparılacaq. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, görüşün hansı ölkədə baş tutacağı isə hələli
02.07.2026 230 Əliyev Lukaşenkonu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım
12:03 11 İşəgötürən işçinin xəbəri olmadan əmək müqaviləsini dəyişə bilərmi?
"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələbləri gözlənilməklə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa
12:17 0