Hilton otelində silahlı hücum: ABŞ prezidenti son anda təxliyə edildi - POLİTOLOQDAN AÇIQLAMA
Vaşinqton şəhərində yerləşən Hilton otelində keçirilən yüksək səviyyəli tədbir zamanı, ABŞ prezidenti Donald Trampın olduğu məkanda silahlı təhlükəsizlik insidenti baş verib. Hadisə zamanı mühafizə qüvvələri dərhal hərəkətə keçərək ərazini nəzarət altına alıb və prezident təhlükəsiz zonaya təxliyə olunub. İlkin məlumatlara görə, insident otel daxilində baş verib və təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində vəziyyət qısa müddətdə nəzarətə götürülüb.
Hadisədən sonra ərazidə genişmiqyaslı araşdırmalara başlanılıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Baş verənlər ABŞ-da yüksək vəzifəli şəxslərin mühafizəsi ilə bağlı mövcud sistemin effektivliyi ətrafında ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, ABŞ prezidenti Donald Trampa qarşı olan sui-qəsd cəhdi Amerika daxilində olan siyasi radikalizmin bariz nümunəsidir. Biz uzun müddətdir Amerikada konkret olaraq nifrət zəmnində belə addımların atıldığını və fərdi terror hadisələrinin planlı və ya planlaşdırılmamış şəkildə həyata keçirildiyini aydın şəkildə müşahidə edirik. Onun sözlərinə görə, eyni zamanda Trampın seçki kampaniyası dövründə də belə bir sui-qəsd cəhdi olmuşdu və daxildə paylaşılan informasiyalar, eyni zamanda açıq media qurumlarında aparılan müzakirələr bir neçə istiqamətə işarə etsədə Amerika daxilində siyasi radikalizmin kifayət qədər gücləndiyini nəzərə aldıqda bu hadisələri demokratlar və respublikaçılar arasında olan çəkişmənin və eyni zamanda bu istiqamətdə olan tərəfdarlarının daha radikal addımlarının aydın ifadəsi kimi qiymətləndirmək mümkündür: "Terror hadisəsinin həyata keçirilməsi və eyni zamanda onun planlaşdırma metoduna nəzər yetirdikdə bunun mütəşəkkil formada yada hər hansısa bir formada dövləti aktoru tərəfindən dəstəklənən bir hadisə olmadığını deməyə ciddi əsaslar var. Təbiiki Trampın bu istiqamətdə olan bəyanatı və İran tərəfindən planlaşdırılmış bir akt olmamasını bildirməsi həmdə bu fikirlərimizi gücləndirən kifayət qədər önəmli arqumentlərdir.
Digər tərəfdən düşünmürəm ki, İran indiki məqamda ABŞ prezidentinə qarşı sui qəsd təşkil olunmasında bu və ya digər formada iştirakda maraqlı olsun. Çünki bunun nəticələri ciddi ölçüdə Amerika-İran münasibətlərində daha dəhşətli cavab reaksiyaları ilə qarşı-qarşıya qoya bilər İranı. Buda heç bir halda İranın arzu etdiyi ssenari kimi qiymətləndirilmir.
Amma hadisənin baş verdiyi məkan xüsusi ilə siyasi mesaj xarakterli planlaşdırılmış sui-qəsd olması ilə bağlı ehtimalları gücləndirir. Amma kordinasiyalı şəkildə hər hansısa bir fəaliyyətin olması ilə bağlı arqumentlərin aşkarlanmaması, eyni zamanda cinayətkarın ələ keçirilməsi zamanı onun müəyyən bir professional qaçırtmanın olmadığının müşahidə edilməsi onu deməyə əsas verir ki, bu konkret olaraq ölkə daxilində olan siyasi radikalizmin bariz nümunəsidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 842 Tarix: 27 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672