Müəllim işdən çıxdı, şagirdin isə Londona göndərilməsi gözlənilir

Müəllim işdən çıxdı, şagirdin isə Londona göndərilməsi gözlənilir"İdrak" Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb.

BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Əli Şirinovun ailəsi ilə "İdrak" Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.

İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak" Liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar.

Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 210   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin ailəsində xoş xəbər var. Axşam.az-ın əldə etdiyi məlumata görə, cütlüyün ikinci övladı olacaq. Onların oğul övladı dünyaya gələcək. Qeyd edək ki, cütlüyün Şəms adlı bir qız övladı var. Fatimə Xalq artisti Ali

10:37 333
.

Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olan səfər

Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Münasibətlərdəki inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycan

12:28 160
.

"3 yaşlı uşağım bağçada ağlayanda bıçağı qızdıraraq əlinə basıb" - Video

Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur. "Qafqazinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsin

11:31 244
.

Vərəqdən ekrana: itirilən dəyər nədir?

"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik addımı kimi təqdim olunsa da, pedaqoji baxımdan bu qərarın ciddi nəticələr doğura biləcəyi düşünülür. Dərslik təkcə informasiya mənbəyi deyil, həm də şagirdin təfəkkürünün formalaşmasında mühüm rol oynayan

15:14 31
.

FİFA sarı kartı ləğv edir?

FİFA futbolçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün DÇ-2026-nın qrup mərhələsindən sonra bütün sarı vərəqələrin ləğv edilməsini nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bu il ABŞ, Kanada və Meksikada keçiriləcə

10:45 172
.

NATO rəsmisi: İran münaqişəsində qalibi demək tezdir

ABŞ və İsrail ilə İran arasında mümkün hərbi qarşıdurmada qalib tərəfi müəyyən etmək hələ tezdir, çünki vəziyyət dinamik olaraq qalır. xəbər verir ki, bu fikirləri NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone RBC-Ukraynaya müsahibəsində səsləndirib. O bildirib:. "İndi bunu demək çətindir

12:05 141
.

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı. Axşam.az-ın məlumatına görə, sözügedən proqram mayın 4-dən etibarən ARB TV-də yayımlanacaq. Verilişin aparıcısı muğam ifaçısı Gülzar Fərəcova olacaq

14:13 173
.

"Karaca"dan ŞİKAYƏT: Alınan mal zay çıxdı - Foto

Türkiyənin dünyaca məşhur mətbəx və ev əşyaları satan "Karaca"dan alınan qazandan müştəri narazıdır. xəbər verir ki, bu barədə Aygül Əkbərova Feysbukun şikayət səhifələrində yazıb. O bildirib ki, aldığı çuqun qazanın qapağı paslıdır:. "Karaca mağazasından çuqun qazan almışam. İlk yeməy

27.04.2026 427
.

Kiçik görünüş, böyük sağlamlıq faydaları

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. Axşam.az xəbər verir ki, mütəxəssislər soğanın təbii dərman olduğunu sübut ediblər. Yaşıl soğan (Allium fistulosum

27.04.2026 329
.

TOP MP3