Vərəqdən ekrana: itirilən dəyər nədir?
"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik addımı kimi təqdim olunsa da, pedaqoji baxımdan bu qərarın ciddi nəticələr doğura biləcəyi düşünülür. Dərslik təkcə informasiya mənbəyi deyil, həm də şagirdin təfəkkürünün formalaşmasında mühüm rol oynayan, onun diqqətini cəmləyən və fiziki təmas yaratdığı bir öyrənmə vasitəsidir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, planşet və kompüter ekranları dərsliklərin tam alternativi deyil, yalnız köməkçi vasitə kimi qiymətləndirilə bilər. Tam rəqəmsallaşma isə şagirdi kitabın yaratdığı öyrənmə mühitindən, vərəqlərin fiziki hissindən və dərin mütaliə vərdişindən uzaqlaşdıra bilər:
"Məsələnin digər vacib tərəfi şagirdlərin sağlamlığı və psixoloji vəziyyəti ilə bağlıdır. Uzun müddət ekran qarşısında qalmaq görmə qabiliyyətinə mənfi təsir göstərə, diqqətin dağılmasına və informasiyanın səthi mənimsənilməsinə səbəb ola bilər. Xüsusilə bildirişlər və internet mühitinin diqqət yayındıran xüsusiyyətləri şagirdin konsentrasiya bacarıqlarını zəiflədə bilər.
Eyni zamanda, regionlar üzrə internet təminatı və ailələrin texnoloji imkanları nəzərə alındıqda, tam rəqəmsallaşma təhsil sistemində qeyri-bərabərliyi daha da artıra və sosial fərqləri dərinləşdirə bilər.
Təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, dərsliklərin rəqəmsallaşdırılması tam imtina modeli ilə deyil, hibrid yanaşma - yəni kağız dərsliklərin elektron resurslarla tamamlanması şəklində həyata keçirilməlidir. Beləliklə, şagird həm ənənəvi kitabdan, həm də müasir texnologiyanın imkanlarından faydalana bilər.
Nəticə etibarilə, texnologiya təhsil prosesinə dəstək verməli, lakin müəllimi və kitabı əvəz etməməlidir. Yoxsa reallıqdan uzaq, tam rəqəmsallaşma təhsili mexanikləşdirə və şagirdləri canlı düşünmə bacarığından məhrum edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 618 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191 Sağlam yaşlanmağın 10 əsas qaydası
Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta
02.10.2026 205 "Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir
02.10.2026 185 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 125 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 167 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
02.10.2026 360 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 147 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 189 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
02.10.2026 194