Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Yanğın təhlükəsi olan mağaza bağlandı - VideoBakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, mağazada aşağıdakı nöqsanlar aşkarlanıb:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib. Eyni zamanda, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib;

- obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- insanların təxliyəsi üçün "Çıxış" sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Qanuna uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında yerləşən ərzaq məhsullarının topdansatış mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama

İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Açıqlamada vurğulanıb ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədo

10:36 123
.

Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Avstraliyada Parafild hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. APA xəbər verir ki, bu barədə Cənubi Avstraliya ştatının polisi açıqlama yayıb. Qəza nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Məlumata görə, təyyarə eniş edərkən anqara çırpılıb. Nəticədə yanğın baş verib

29.04.2026 266
.

Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA

Son günlərdə Ukrayna ilə İsrail arasında taxıl ticarəti ilə bağlı yaranan qalmaqal iki ölkə arasında diplomatik gərginliyi artırıb. Rəsmi Kiyev iddia edir ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən əldə edilən və "oğurlanmış" hesab olunan taxıl İsrail limanlarına daxil olur v

29.04.2026 295
.

Aprelin son günü 22° isti olacaq

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağı

29.04.2026 279
.

Yapon tankeri Hörmüz boğazından keçib

Yaponiyaya məxsus tanker Hörmüz boğazından keçərək Fars körfəzinə çıxıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi üç heyət üzvünü daşıyan gəminin bu səhər dəniz keçidindən keçərək hazırda Şərqi Asiyaya doğru hərəkət etdiyini açıqladı. Bu, müharibənin başlanğıcında

29.04.2026 222
.

Trampın reytinqi dibə düşür - Səbəblər məlumdur

ABŞ Prezidenti Donald Trampın reytinqi hazırkı səlahiyyət müddəti ərzində rekord səviyyəyə enərək 34%-ə düşüb. "AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi 27 apreldə başa çatan dörd günlük sorğuya əsasən məlumat yayıb. Bu, 15-20 aprel tarixlərində keçirilən sorğu zaman

29.04.2026 268
.

Rusiyada miqrantlar üçün rüsumlar artırılır

Rusiya Dövlət Duması miqrantlar üçün Rusiya vətəndaşlığının alınmasına görə rüsumun 12 dəfə artırılmasına dair qanun layihəsinə prioritet qaydada baxacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz "Telegram" kanalında məlumat verib

29.04.2026 322
.

Məşhur psixoanalitik uşağın ən güclü ehtiyacını açıqlamışdı - Yemək və diqqət deyil

Məşhur psixoanalitik Ziqmund Freydin 100 ildən çox əvvəl irəli sürdüyü bir fikir yenidən uşaq tərbiyəsi mütəxəssislərinin diqqətini cəlb edib. Söhbət onun 1930-cu ildə yazdığı belə bir fikirdən gedir: "Uşaqlıqda atanın qorumasına olan ehtiyacdan daha güclü bir ehtiyac təsəvvür edə bilmirəm"

29.04.2026 307
.

Bakıda 3 yaşlı uşaq müəmmalı şəkildə öldü: atası həkimi günahlandırır

Bakıda azyaşlı müəmmalı şəkildə ölüb. xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən Hematologiya və Transfiziologiya İnstitutunda qeydə alınıb. Orada müalicə alan 3 yaşlı Nəzrin dünyasını dəyişib. Uşağın atası Teymur Kərimov hadisə ilə bağlı polisə şikayət edib. O, şikayətində qızının həki

29.04.2026 464
.

TOP MP3