Kainatın sonu yenidən hesablandı
Yeni elmi araşdırma kainatın sonu ilə bağlı indiyədək qəbul edilən təsəvvürləri dəyişdirə bilər. Alimlərin yenilənmiş hesablamalarına görə, kainatın sonu əvvəllər düşünüldüyündən daha erkən baş verə bilər.
"Qafqazinfo" xəbər verir ki, Donostia Beynəlxalq Fizika Mərkəzi tədqiqatçılarının apardığı araşdırmaya əsasən, kainatın Böyük Partlayışdan təxminən 33,3 milyard il sonra sona çatması ehtimalı irəli sürülür.
Kainatın hazırkı yaşı 13,8 milyard il hesab edildiyinə görə, bu ssenariyə əsasən, təxminən 20 milyard il vaxt qalır.
Araşdırmada əsas diqqətçəkən model "Böyük Çöküş" ("Big Crunch") ssenarisidir. Bu nəzəriyyəyə görə, kainatın hazırkı genişlənməsi bir mərhələdən sonra dayanacaq və əks proses başlayacaq. Nəticədə qalaktikalar, ulduzlar və planetlər tədricən bir nöqtəyə doğru sıxılacaq.
Alimlərin fikrincə, bu prosesin son mərhələsində maddə ekstremal sıxlığa çatacaq və kainat nəhəng qara dəliklərə çevrilərək sona yaxınlaşa bilər.
Kainatın taleyini müəyyən edən əsas amil kimi "qaranlıq enerji" göstərilir. Elmi ictimaiyyətdə iki əsas ssenari müzakirə olunur: kainatın sonsuz genişlənməsi və "istilik ölümü", yaxud genişlənmənin dayanaraq geriyə çevrilməsi.
Son müşahidələr bu balansı dəyişə bilər. Qaranlıq Enerji Tədqiqat Aləti (DESI) tərəfindən aparılan 47 milyon qalaktikanın xəritələşdirilməsi qaranlıq enerjinin sabit olmaya biləcəyini göstərib.
Tədqiqat nəticələrinə görə, qaranlıq enerji zamanla dəyişə bilər. Bu isə kainatın genişlənməsinin yavaşlaması və hətta əks istiqamətə çevrilməsi ehtimalını artırır.
Simulyasiyalar göstərir ki, müəyyən mərhələdən sonra kainatdakı maddə sıxlaşaraq tək bir nöqtədə toplanır. Bu proses "təklik" adlanan son mərhələ ilə nəticələnə bilər.
Alimlər qeyd edirlər ki, bu ssenari hələ tam dəqiqləşdirilməyib və bir neçə alternativ model mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 487 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 188 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 132 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
02.10.2026 311 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 159 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 246 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 154 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 194 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 296