Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda işsiz qalan vətəndaşlara dövlət tərəfindən müavinət verilməsi mümkündürmü? Mövcud qanunvericilik bu sahədə hansı imkanları yaradır və işsiz statusu alan şəxslər hansı hallarda maliyyə dəstəyi ilə təmin olunur? Bu suallar fonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial proqramlar və işsizlik müavinətinin verilmə mexanizmləri yenidən diqqət mərkəzinə gəlir.
Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda klassik mənada "işsizlik müavinatı" adlanan ödəniş hazırda yoxdur, amma işsiz şəxslərə dəstək üçün bir neçə mexanizm işləyir. Onun sözlərinə görə, 2006-cı ilə qədər İşsizlikdən Sığorta Fondundan müavinat verilirdi: "Sonra sistem dəyişdi. İndi birbaşa "işsizəm" deyə pul almaq olmur. Əvəzində üç əsas alət var:
Birincisi, işsizlikdən sığorta ödənişi. Əgər sən son 12 ayda ən azı 12 ay sığorta stajın olubsa və ixtisar, ləğvetmə, müddətli müqavilənin bitməsi kimi səbəblərdən işdən çıxarılmısansa, 6 ay müddətində orta aylıq əməkhaqqının 50 faizini alırsan. Minimum 300 manat, maksimum ölkə üzrə orta aylıq maaş qədər. Amma bu müavinət öz ərizəsi ilə çıxanlara, intizam pozuntusuna görə qovulanlara verilmir. Ona görə çox adam bundan yararlana bilmir.
İkincisi, ünvanlı sosial yardım. Əgər ailənin adambaşına gəliri ehtiyac meyarından, yəni 2025-ci il üçün 270 manatdan aşağıdırsa, dövlət fərqi ödəyir. Bu, işsizlər üçün də keçərlidir. Amma ailədə bir nəfər işləyirsə və ya maşın, torpaq, əmlak varsa, yardım kəsilir.
Üçüncüsü, özünüməşğulluq proqramı və haqqı ödənilən ictimai işlər. Dövlət işsizə mal, avadanlıq verir ki, özünə iş qursun. Yaxud 6 aylıq müqavilə ilə ayda 345 manat ödəməklə abadlıq, təmizlik işlərinə cəlb edir.

Yəni tam boş-boş oturana pul verilmir. Dəstək "iş axtaran, işləmək istəyən" şəxsə yönəlib.
Verilməlidirmi sualına gəldikdə, burada balans lazımdır.
Verilməsinin arqumentləri: Birincisi, sosial müdafiədir. İnsan işdən çıxanda 2-3 ay kirayə, ərzaq, dərman pulu tapmalıdır. Müavinat həmin dövrdə aclıq həddinə düşməyin qarşısını alır. İkincisi, iqtisadiyyat üçün stabilizatordur. Böhran vaxtı işsiz çoxalanda müavinat bazara pul çıxarır, tələbi saxlayır. Üçüncüsü, iş axtarmağa vaxt verir. Ac adam ilk tapdığı 300 manatlıq işə razı olur, ixtisasını itirir. Müavinat olsa, ixtisasına uyğun işi 2-3 ay axtara bilər. Avropada, Türkiyədə, hətta Qazaxıstanda da bu sistem var.

Əleyhinə arqumentlər: Birincisi, "asılılıq" yarada bilər. Xüsusən regionlarda işləmək əvəzinə müavinatla oturmaq istəyən çıxacaq. İkincisi, büdcəyə yükdür. Azərbaycanda rəsmi işsiz sayı 300 minə yaxındır. Hər birinə ayda 300 manat versən, ildə 1 milyard manatdan çox pul lazımdır. Üçüncüsü, kölgə iqtisadiyyatını böyüdür. Adam müavinat alıb qeyri-rəsmi işləyəcək. Nəzarət mexanizmi zəif olsa, sui-istifadə çoxalar.
Məncə həll yolu tam müavinat yox, "şərtli işsizlik sığortası"nı gücləndirməkdir. İndi olan 6 aylıq ödənişin əhatəsi genişlənməlidir. Öz ərizəsi ilə çıxan, amma haqlı səbəbi olan - maaş gecikir, əmək hüququ pozulur - adamlar da almalıdır. Məbləğ minimum 400 manat olmalıdır. Amma şərti dəqiq qoyulmalıdır: adam Məşğulluq Mərkəzində qeydiyyatda durmalı, təklif olunan münasib işdən iki dəfə imtina edəndə müavinat kəsilməlidir, təlimə getməlidir.

Belə olanda həm sosial müdafiə olur, həm də adamı işdən soyutmur.
Yəni "heç kimə verməyək" sərt olar, "hamıya verək" də büdcəni çökdürər. Məqsəd işsiz qalanı 4-6 ay ayaqda tutub əmək bazarına qaytarmaqdır. Bunun üçün işləyən, sığorta ödəyən hər kəs fonda pul yığmalıdır, ehtiyacı olanda da oradan almalıdır. Bu həm ədalətlidir, həm də dayanıqlıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

02.10.2026 311
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 159
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund

02.10.2026 154
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.