600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.
BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət alan, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alan şəxslər, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər, eləcə də "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunan şəxslər vəfat etdikdə, onların dəfnini öhdəsinə götürən şəxslərə birdəfəlik müavinət ödənilir.
Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunur. Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.
Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 188 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 132 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
02.10.2026 311 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 159 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 246 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 154 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 194 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 296