Bəzi qadınlar niyə vaxtından əvvəl qocalır? - Gəncliyi oğurlayan 10 vərdiş

Bəzi qadınlar niyə vaxtından əvvəl qocalır? - Gəncliyi oğurlayan 10 vərdişHəyat boyu qadınlar bir çox çətinliklərlə üzləşirlər. Bu zaman özünə qayğı çox vaxt prioritet olmur. Onlar ailənin təhlükəsizliyi və xoşbəxtliyi barədə özlərindən daha çox düşünə bilirlər və bu da orqanizmə mənfi təsir göstərərək daha sürətli qocalmaya səbəb ola bilər.

Qaynarinfo xəvbər verir ki, bu barədə "YourTango" yazıb.

Nəşr qadınlarda qocalmanı sürətləndirən 10 amili açıqlayıb.

1. Su qəbuluna laqeydlik

Su gündəlik əsas içki olmalıdır, çünki susuzlaşma ciddi problemlərə səbəb ola bilər. Gün ərzində kifayət qədər su içməyi unutmaq həm daxili sağlamlığa, həm də qocalma prosesinə təsir edir. eBioMedicine jurnalında dərc olunan araşdırma susuzluqla sürətli qocalma arasında əlaqə olduğunu göstərib. Alimlər bildirirlər ki, su içməyə laqeyd yanaşan qadınlar daha tez yaşlanmış görünə bilər.

2. Həddindən artıq öhdəliklər

Qadınlar çox vaxt ailənin bütün yükünü üzərlərinə götürürlər və "əgər mən etməsəm, heç kim etməyəcək" düşüncəsi ilə hər şeyi özləri görməyə çalışırlar. Bu isə uzunmüddətli stress yaradır. Müəllifin fikrincə, uşaqlıqdan gələn travmalar və həddindən artıq məsuliyyət hissi qocalmanı sürətləndirə bilər.

3. Xroniki stress

Çoxsaylı öhdəliklər xroniki stressə gətirib çıxarır. Biomedicines jurnalında yayımlanan araşdırmaya əsasən, xroniki stress orqanizmdə iltihab yaradır və qocalma prosesini sürətləndirir. Bu vəziyyət həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.

4. Fiziki aktivliyin olmaması

Fiziki məşqlər həm bədən, həm də psixi sağlamlıq üçün vacibdir. Hətta sadə gəzinti və ya yüngül dartınma hərəkətləri də faydalıdır. Rejuvenation Research jurnalında yayımlanan araşdırma göstərib ki, hərəkətsizlik dərinin elastikliyini azaldır və əzələ sıxlığını zəiflədir, bu da qocalmanı sürətləndirir.

5. Düzgün qidalanmama

Fast food və şirinləşdirilmiş qidalar qocalma prosesini sürətləndirə bilər. Tam və təbii qidalar isə dərinin daha parlaq və sağlam olmasına kömək edir. Həddindən artıq zərərli qida həm də koqnitiv funksiyalara mənfi təsir göstərə bilər.

6. Yuxu problemləri

Stress və məşğulluq səbəbilə keyfiyyətli yuxu azalır. Bu isə gözaltı torbalar və yorğun görünüş yaradır. Yuxu çatışmazlığı insanın olduğundan daha yaşlı görünməsinə səbəb olur, buna görə də yuxu gigiyenasına riayət etmək vacibdir.

7. Özünə qayğıya laqeydlik

Özünə qayğı yalnız kosmetik prosedurlar deyil, istirahət və psixoloji rahatlıq da daxildir. Daim yorğunluq və tükənmişlik qadının daha tez qocalmasına gətirib çıxara bilər.

8. Qəzəbə meyillilik

Qəzəb təbii emosiyadır, lakin onun tez-tez yaşanması bioloji qocalmanı sürətləndirə bilər. Araşdırmalara görə, davamlı qəzəb orqanizmdə erkən yaşlanma prosesini gücləndirir.

9. Günəşdə həddindən artıq qalmaq

Ultrabənövşəyi şüalar dərinin kollagen strukturunu zədələyir və qırışların yaranmasına səbəb olur. Günəşə uzun müddət məruz qalmaq qocalmanı sürətləndirən amillərdən biridir.

10. Başqalarına həddindən artıq qayğı

Qadınlar bəzən özlərini unudaraq başqalarına həddindən artıq qayğı göstərirlər. Bu isə uzunmüddətli stress və sağlam olmayan vərdişlərə səbəb olur. Öz maraqlarına və istirahətə vaxt ayırmaq qocalmanın qarşısını almaqda mühüm rol oynayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

02.10.2026 311
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 159
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund

02.10.2026 154
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.