Süni intellekt sizin sirlərinizdən öyrənir - yeni sxem necə işləyir?

Süni intellekt sizin sirlərinizdən öyrənir - yeni sxem necə işləyir?Texnologiya bazarında yeni və mübahisəli bir tendensiya formalaşıb. Müflis olmuş startapların qurucuları keçmiş əməkdaşların iş yazışmalarını süni intellekt hazırlayan şirkətlərə sataraq gəlir əldə edirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, artıq bu sahədə vasitəçi şirkətlərdən ibarət ayrıca ekosistem yaranıb. Bu platformalar bağlanmış startaplara məxsus e-poçt arxivlərini, eləcə də Slack mesajlarını toplayaraq onları süni intellekt modellərinin təlimi üçün satışa çıxarır.

Süni intellekt sahəsində keyfiyyətli və aktual məlumat çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir. Bu səbəbdən real iş mühitini əks etdirən yazışmalar xüsusilə dəyərli hesab olunur. Toplanan məlumatlar əsasında "reinforcement learning" (möhkəmləndirici öyrənmə) üçün xüsusi simulyasiya mühitləri yaradılır. Bu mühitlərdə süni intellekt agentləri ofis tapşırıqlarını yerinə yetirməyi və biznes situasiyalarında qərar verməyi öyrənir.

Böyük texnologiya şirkətləri bu sahəyə ciddi vəsait yatırır. Məsələn, "Anthropic" kimi şirkətlərin bu tip simulyatorların hazırlanmasına bu il təxminən 1 milyard dollar xərcləməyi planlaşdırdığı bildirilir. Məlumata görə, bəzi vasitəçi platformalar artıq yüzə yaxın belə satış əməliyyatı həyata keçirib və müflis startap sahiblərinə ümumilikdə milyonlarla dollar gəlir qazandırıb.

Ekspertlər isə bu tendensiyanın ciddi risklər yaratdığını vurğulayır. Rəqəmsal hüquqlar müdafiəçiləri bildirirlər ki, işçilərin şəxsi və iş yazışmalarının onların razılığı olmadan satılması məxfilik hüququnun açıq pozuntusudur.

Mark Rotenberg qeyd edib ki, bu vəziyyətdə məxfilik problemləri olduqca ciddidir. Onun sözlərinə görə, əgər fiziki ofisdə baş verən söhbətlər qeydə alınıb satılsaydı, bu, açıq şəkildə qanunsuz hesab olunardı.

Bundan əlavə, mütəxəssislər məlumatların "anonimləşdirilməsi" prosesinin də etibarlı olmadığını bildirirlər. Əgər şəxsi məlumatlar düzgün gizlədilməzsə, konkret şəxslərin kimliyini müəyyən etmək mümkün ola bilər. Bu isə gələcəkdə süni intellekt sistemlərinin cavablarında belə məlumatların sızması riskini artırır.

Müzakirələr göstərir ki, süni intellekt texnologiyalarının inkişafı ilə yanaşı, məlumat təhlükəsizliyi və etik normalar məsələsi də getdikcə daha aktual mövzuya çevrilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 610   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

02.10.2026 311
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 159
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund

02.10.2026 154
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.