Qlobal enerji bazarında şok: Hörmüz böhranı neft qiymətlərini uçurdu - İQTİSADÇIDAN AÇIQLAMA

Qlobal enerji bazarında şok: Hörmüz böhranı neft qiymətlərini uçurdu - İQTİSADÇIDAN AÇIQLAMAABŞ və İran arasında artan gərginlik fonunda Hörmüz boğazı ətrafında mümkün blokada ehtimalı qlobal enerji bazarlarını ciddi şəkildə silkələyib. Dünyada neft tədarükünün mühüm hissəsinin keçdiyi bu strateji nöqtədə yaranan risklər fonunda "qara qızıl"ın qiyməti sürətlə yüksələrək 125 dollar həddinə çatıb.

Reuters agentliyinin yaydığı məlumata görə, birjalarda müharibənin yenidən alovlanacağı ilə bağlı narahatlıqlar artdıqca investorlar riskləri qiymətlərə daxil edir və bu da neft bazarında bahalaşmanı davam etdirir. Mövcud vəziyyət isə əsas sualı gündəmə gətirir: geosiyasi gərginlik dərinləşərsə, neftin qiyməti daha da artacaqmı?
Qlobal enerji bazarında şok: Hörmüz böhranı neft qiymətlərini uçurdu - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Hörmüz boğazı dünya neftinin təxminən 20 faizinin, LNG-nin isə 30 faizinin keçdiyi damardır. Onun sözlərinə görə, gündə 17-20 milyon barel neft oradan daşınır: "Səudiyyə, İraq, BƏƏ, Küveyt, Qətər, İran ixracının hamısı buradan asılıdır. Ona görə boğaz bağlananda bazar dərhal "müharibə primi" qiymətə əlavə edir. 125 dollar da elə bu qorxunun rəqəmidir.
Qiymətin bundan sonra hara gedəcəyi 4 faktordan asılıdır.

Birincisi, blokadanın müddəti və səviyyəsi. Əgər bu, tam hərbi blokadadırsa və tankerlər ümumiyyətlə keçə bilmirsə, 125 dollar tavan deyil. 2008-ci ildə təklif şoku olmadan da neft 147 dollara çıxmışdı. Hörmüz tam bağlansa, bazarda gündə 20 milyon barel çatışmazlıq yaranır. OPEC+ bu həcmi əvəz edə bilmir. Səudiyyənin boş gücü 2-3 milyon bareldir, ABŞ şist nefti isə 6-8 aya artırıla bilir. Yəni qısamüddətdə 150-180 dollar real ssenaridir. Amma ABŞ donanması boğazı açmaq üçün dərhal əməliyyata başlayacaq. 1980-ci illərdə "Tanker müharibəsi" zamanı da ABŞ gəmiləri müşayiətlə neft daşınmasını təmin etdi. Əgər 1-2 həftəyə dəhliz açılırsa, qiymət 125-dən 100-110-a enəcək.

İkincisi, müharibənin coğrafiyası. Sadəcə Hörmüz bağlanıbsa, bu, bir ssenaridir. Əgər İran Səudiyyənin Abqayq, Ras Tanura terminallarını, BƏƏ-nin neft yataqlarını da vurarsa, o zaman söhbət təklifin 30 faizinin sıradan çıxmasından gedir. Onda 200 dolları da görə bilərik. Amma İran bunu edərsə, Çini və Hindistanı da qarşısına alacaq, çünki onlar İran neftinin əsas alıcısıdır. Tehran adətən həddi o nöqtəyə çatdırmır.

Üçüncüsü, strateji ehtiyatlar və tələbatın dağılması. ABŞ-ın SPR-də 350 milyon barel, Beynəlxalq Enerji Agentliyinin üzvlərində isə ümumilikdə 1.2 milyard barel fövqəladə ehtiyat var. Gündə 5 milyon barel bazara buraxılsa, 6-7 ay panikanı saxlamaq olar. Digər tərəfdən, 125 dollar neft qlobal resessiya deməkdir. Avropa və Asiya sənayesi dayanır, aviaşirkətlər müflis olur, tələbat kəskin düşür. 2022-ci ildə 130 dollar olanda da 3 aya 85-ə qayıtdı, çünki tələbat dağıldı. Yəni qiymət özü özünü vurur.

Dördüncüsü, diplomatik müdaxilə. Çin gündə 11 milyon barel neft idxal edir, bunun 40 faizi Hörmüzdən keçir. Çin üçün 150 dollarlıq neft iqtisadi intihardır. Ona görə Pekin dərhal İrana təzyiq edəcək. Eyni zamanda ABŞ seçki ilində bahalı benzin istəmir. Yəni hər iki tərəf 2-3 həftədən sonra danışıq masasına oturmağa məcburdur.

Qısa cavab ondan ibarətdir ki, əgər blokada tamdırsa (buna şübhə var) və 1 aydan çox çəkərsə, qiymət 140-160 dollar dəhlizinə gedəcək. Əgər ABŞ və müttəfiqlər 10-15 günə hərbi yolla tankerlərə yol açsa, panika sönəcək və qiymət 105-115 dollar aralığına qayıdacaq. Müharibə genişlənməsə, 3 aydan sonra 90-100 dollar realdır, çünki yüksək qiymət tələbatı öldürəcək və ehtiyatlar bazara girəcək.

İndi birjalarda gördüyün 125 dollar faktiki çatışmazlıq deyil, "qorxu alqısıdır". Real atışma olmasa, bu qorxu sönür. Real atışma olsa, 125 başlanğıcdır. Ona görə yaxın 2 həftə həlledicidir. Boğaz açılsa qiymət düşür, savaş böyüsə qiymət uçur. Aralıq ssenari yoxdur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 562   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

02.10.2026 200
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

02.10.2026 205
.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 142
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 168
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib

02.10.2026 184
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 136
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 161
.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 154
.